Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Nişanlı qızlar nədən intihar edir?

28-05-2016, 23:32 Baxış: 1 233
Nişanlı qızlar nədən intihar edir?

Elnarə Eminova, Ümumrusiya Peşəkar Psixoterapevtlər liqasının həqiqi üzvü

Başa vurduğumuz həftə ərzində bir neçə nişanlı qız intihar etdi- Cəlilabadda, Hacıqabulda... 
Fikrimcə, son zamanlar gənc nişanlı qızlar arasında intihar hallarının artması birbaşa ailə istəklərinə gedib söykənir.
Çünki o qızı böyüdən valideyn qarşıdakı insana şəxsiyyət kimi yanaşıb onların arzu-istəklərini nəzərə almadan çalışırlar öz xəyallarını gerçəkləşdirsinlər. Qohum, qonu-qonşu dedi-qodularına son qoysunlar.
Təəssüf hissi ilə deyə bilərəm ki, valideynlər qızlarının evliliyini yaşla ölçürlər, təcrübə ilə deyil, xüsusəndə bölgələrdə.Yetərki heç kim onların qızlarına "evdə qaldı” damğası vurmasın.
Bir psixoloq kimi şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, nişanlı qızların intiharı valideyn təzyiqindən qaynaqlanır. Bu səbəbdən onlar öz arzularını reallaşdırım deyərkən böyüdüb boya-başa çatdırdıqları övladlarından olurlar.
Təbii ki, buda mental duruma aparıb çıxarır.
Ailədə qız övladını ərə vermək istəyərkən qarşı tərəfin istəyib-istəmədiyini, bəyənib-bəyənmədiyini belə sual etməyə lüzum bilmirlər.
Qızlarda ailədə azadlıq olmadığı, fikirləri nəzərə alınmadığı, ailədən maddi və mənəvi cəhətdən asılı olduğu üçün ilk baxışdan "Hə” deməyə məcbur olurlar.
Daha sonra yanlışbir adam səhv bir addım olduğunu dərk edəndə artıq çox gec olur ailənin seçdiyi oqlan heç bir nüansla xanımı qane etmir və bu səbəbdən xilas yolunu düşünülməmiş addım olan intiharda görürlər. Səbəb isə valideynin qız övladının taleyinə laqeyd və anlaşılmaz yanaşmaları olur.
Və bu səbədən qızlar valideynlərinə olan daxili aqresiyaya bu cür cavab verirlər. Razı olsalar belə bir müddət frustruasiya (daxili nevrozluq, gərginlik) yaşayırlar.
Bir psixoloq olaraq onu deyə bilərəm ki, bu cür problemi olan patientlər bizə çox müraciət edir valideyn seçimindən əziyyət çəkdiklərini bildirib bizdən onların valideyinlərini başa salmağı xahiş edirlər.
Çünki onlar etiraz səslərini ucaldanda şiddət və ya təzyiqə məzruz qalırlar.
Sonda onu deyim ki, hörmətli valideynlər əsasən qız övladı böyüdənlər kiminsə ağzını yummaqdan ötrü övladınızı itirməyə dəyməz.
Çünki onlarda insandır azad fikrə, istəyə, marağa və ən əsası həyatları üçün seçimə malikdirlər.
Çox vaxt sizin yaxşı və məsləhətli bildiyiniz bir seçim övladınızın yalnız sonu olur!