Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Bakirəliyi toydan öncə pozulmuş bir qız...

2-06-2016, 21:55 Baxış: 4 974
Bakirəliyi toydan öncə pozulmuş bir qız...

 

 Elnarə Eminova, Ümumrusiya Peşəkar Psixoterapevtlər liqasının həqiqi üzvü  


"Bakirəlik” mövzusu milli mentalitetin bir göstəricisidir. Hər zaman xanımda saflığı və özgüvəni daim təcəssüm etdirir. Bu mövzu qadınlar üzərində təzyiq yaradan bir anlayışdır və xalqımızın özünəməxsus dəyəridir. "Bakirəlik” mövzusuna cəmiyyətdə önəm daşıyan bir problem kimi yanaşılır. Bu anlayış hər bir xanım üçün çox dəyərlidir. Lakin bu anlayışın dəyərini, anlamını izah etmək hər bir ailədə qız övladı böyüdən anaların üzərinə düşür.

Analar qızı ilə hər zaman maraqlanmalı, xüsusən yetişgənlik vaxtlarında onlara daha çox diqqət etməlidir. Çünki bu yaş dövrü qızların daim emosional yanaşdığı, daha çox səhv edəcəyi bir mərhələdir. Analar istənilən vaxt çərçivəsində qızlarıyla yaxın olmalı, zamanı gəldikdə "bakirəlik” anlayışını və dəyərini qızlarına sərhədsiz şəkildə izah etməlidirlər. Gələcəkdə hər hansı bir problemli məqamla rastlaşmasınlar deyə.

Psixoloq olaraq şəxsi müşahidələrimə əsaslanaraq deyirəm, elə ailələr var ki, həddən artıq qızlarıyla sərhəd və çərçivə saxlayırlar. Belə açıq söhbətləri etməyi, izahat işi aparmağı özlərinə rəva bilmirlər, ayıbcasına qəbul edirlər. Daha sonra qızları yanlış bir addım atdıqda, problem yaşandıqda yenə də qınaq obyekti kimi özlərini deyil qarşı tərəfi görürlər. Daim analara deyilir: "Qızlarınızla həm də rəfiqə, onun öz sirrini çəkinmədən bölüşə biləcəyi ən yaxın, əziz insan olun”.

Bu məqama diqqət yetirən valideyn daim udar, nəinki təəssüf hissi keçirərək "kaş ki” kəlməsini işlədər.

Bəzən psixoloq kimi bu sualla qarşılaşıram: toydan öncə bakirəliyi pozulmuş bir qız necə davranmalıdır?  

Əgər bir xanım nigahdan öncə belə bir addım atıbsa- istər istəyərək, istərsə də məcburən- bunu ailəsindən və ya gələcək həyat yoldaşı olacaq şəxsdən gizlətməyi düzgün deyil. İstənilən halda cəsarət toplayıb bunu yaxınlarına qorxmadan demələri önəmlidir. Belə olan təqdirdə də valideynlər və sevgililəri anlayışla qarşılayıb qıza dəstək durmalı, nəinki ona təzyiq göstərib intihara meyl etdirməlidirlər.

Bəllidir ki, bakirəliyini toydan öncə itirmiş qızlar daim psixoloji gərginlik yaşayır, təşviş içində olurlar. Onların bir çox kompleksləri üzə çıxır. Bu hallar onların özlərini cəmiyyətdə bir xanım kimi doğrultmağa mane olan məqamlardır. Aldıqları travma latent şəkildə həyatları boyu onları izləyir. Psevdotravma olaraq müəyyən vaxt qırıq-qırıq şəkildə olayı xatırlayacaqlar və utanc hissi yaşayacaqlar. Bəzən xanımlar bu addımı qarşı tərəfə güvənərək də edirlər. Xüsusən anası atasından erkən ayrılmış və ya atasını tez itirmiş bir qızlar bu yola daha çox meyillidirlər.

Toy gününə qədər elə hadisə yaşayan xanımlar özlərinə inamı itirməyib ailələrinə sığınmalı və ən əsası hadisə olan təqdirdə güc toplayıb izah etməyə cəhd göstərməlidirlər. Əgər qarşı tərəf şiddət göstərirsə, dinləmirsə, yaxın bildiyi bir insandan dəstək istəyib köməklik göstərməklərini xahiş etməidirlər. Əbəs yerə deyilmir olacağ məqama çarə yoxdur!!!

Toy günü əks cinsin nümayəndəsi evləndiyi qızın bakirə olmadığını görür və emosiyasını cilovlamayıb zorakılığa əl atırsa, aldadıldığını düşünürsə və qadına şiddət göstərirsə bu onun nevrozluğunun göstəricisidir. Həmin şəxs sadəcə qonu-qonşu, qohum-əqraba düşünməkdənsə, öz hisslərini, sinirlərini cilovlasa daha duzgün olar. Əks halda bu olay onun psixoloji durumunu da patoloji həddə çatmasına yol aça bilər.

Sonda valideynlərə istiqamət olaraq onu deyə bilərəm ki, bir müddət əziyyət çəkmək, zənnimcə bir ömür boyu vicdan əzabı ilə, günah hissi ilə yaşamaqdan vacibdir.

Tezis.az