Bakı 29° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9127
  • RUB0.0270
  • NEFT$63.78
^
XƏBƏR LENTİ

Gəlin evdən niyə qaçar?

20-06-2016, 15:59 Baxış: 555
Gəlin evdən niyə qaçar?
Elnarə Eminova, Ümumrusiya Peşəkar Psixoterapevtlər liqasının həqiqi üzvü  

Artıq tez-tez oxuyuruq: Filan şəhərdə, rayonda, qəsəbədə evli xanım ərini, uşağını, ailəsini ataraq internetdən tanış olduğu bir nəfərə qoşulub qaçdı. Bəs nədir buna səbəb? Nədən bir qadın, bir ana, bir gəlin doğma ocağından qaçıb özünü macəraya, odun içinə atır? 
Hər şeydən öncə, bir ana uşağını, ümumiyyətlə ailəsini atıb evini tərk edibsə, bu birinci onun məsuliyyətsizliyinin göstəricisidir.
Ancaq heç birimiz əsl səbəbi bilmədən qarşı tərəfi qınaya bilmərik.
Axı heç kim bilmir ki, hansı problemin varlığı o xanımın evini tərk etməsinə gətirib çıxarıb.
Psixoloq olaraq onu deyə bilərəm ki, çox güman o qadın ailə həyatını çox erkən və şəxsi istəyi olmadan qurub.
Ailənin arzusu və istəyi ilə ailə həyatına qədəm qoyub. Belə deyək gəlinciyə həvəsi keçməmiş bir övlada sahib olub, buda onda psixoloji sarsıntının baş qaldırmasına təkan verib.
Xüsusən sevmədən, ailə məsuliyyətini dərk etmədən, həm psixoloji, həm də fizioloji hazır olmadan məcbur olub ailə tərəfindən evliliyə qədəm qoymağa. Bu problemlər üst-üstə gələrək xanımda koqnesiya (davranış) pozuntusuna gətirib çıxarıb.
Amma təkcə evini tərk edən xanımı qınamaq azdır, həyat yoldaşının da üzərinə məsuliyyət düşür.
Əksər kişilər düşünür ki, ailə qurdumsa, xanımın yeməyi-içməyi, bir sözlə qida tələbatı ödənirsə bu mənim missiyamın tamamlanması deməkdir. Deyirlər ki, xanıma başqa nə lazımdır?
Əksinə maddi tələbatlardan öncə xanımın mənəvi tələbatlarını ödəmək önəmlidir.
Sevgi, hörmət, anlayış, qayğı sağlam ailənin bünövrəsi olmalıdır.
Bunlardan qadın məhrum olanda evdən qaçmaq, boşanma, xəyanət, intihar və s qaçınılmaz olur: heç kim heç zaman heç nədən sığortalanmayıb.
Bir xanım həyat yoldaşından başqa kişilərlə sosial şəbəkədə yazışırsa, onlardan xoş söz görürsə və buna inanaraq addım atırsa, deməli o xanımın qarşı tərəfdən mənəvi tələbatları ödənmir.
O sonunu düşünmədən bu addımı atır: təbii ki, bu məqamda "sonrakı peşmançılıq fayda verməz" prinsipini unudur!
Əgər bir qadın övladından imtina edibsə, demək, psixoloji sağlam qadın deyilmiş- məsələnin kökündə digər məqamlar axtarmaq qeyri- peşəkarlıq olar.
Belə xanımlarda davranış pozuntusu simptomları ailəsinin dağılmasına birbaşa səbəb olur.
Tezis.az