Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Oğul məsələsi

4-07-2016, 16:16 Baxış: 345

Oğul məsələsi 

 Afət SEYİDOVA


Yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı¸ onlarda müvafiq bilik¸ bacarıq və vərdişlərin¸ yüksək mənəvi keyfiyyətlərin¸ mədəni dünyagörüşün təşəkkülü müasir təlim-tərbiyə prosesinin qarşısnda duran ən mühüm vəzifələrdəndir. Bu vəzifələrin həyata kecirilməsi ücün tərbiyəci¸ müəllimlər və valideynlər müxtəlif yaş dövrlərində şəxsiyyəyin inkişaf qanunauyğunluqları¸ yaş və fərdi xüsusiyyətləri¸ onlarda təzahür edən psixi dəyişmələr¸ biliklərə yiyələnmə imkanları haqda geniş və zəruri biliyə malik olmalıdır.

Uşağın hansı yaşda¸ hansı fəaliyyət sahəsinə daha cox meyl göstərdiyini¸ idrak imkanlarının xüsusiyyətlərini¸ ən cox nə ilə maraqlandığını¸ fizioloji və psixoloji inkişafında baş verən dəyişiklikləri¸ yeni insan formalaşdırılmasınin əsas problemlərini həll etmək yollarını bilməyən valideyn onun fəaliyyətini idarə etməkdə cətinlik cəkəcəkdir.

Görkəmli rus pedaqoq və psixoloqu K.D.Uşinskinin dediyi kimi¸ insanı hərtərəfli tərbiyə etmək ücün onu hərtərəfli də öyrənmək lazımdır.

Bəs biz bu gün övladlarımızı öyrənə bilirikmi?

Müstəqil¸ demokratik Azərbaycanın inkişaf etməkdə olan oğullarının milli özünüdərk¸ milli şüurun formalaşması¸ hərbi-vətənpərvərlik hissinin inkişafı¸ layiqli vətəndaş kimi yetişməsi sosial cəmiyyətin ən aktual promlemlərindəndir.

Mədəni-mənəvi irsimizin ən qədim və dəyərli nümunələrindən olan "Kitabi- Dədə Qorqud” dastanindakı bir məqamı xatırladım. Uşaq müəyyən yaş həddinə catıb özünü təsdiq edənə qədər ona ad verilmirdi. Həm də göstərdiyi hünərin cəsarətin müqabilində oğlana¸ qıza ad verilərdi. Bunun böyük tərbiyəvi əhəmiyyəti vardı. Uşağı əlibaxımlılıqdan¸ tənbəllikdən¸ zəhmətə xor baxmaqdan qoruyur¸ ona mübarizlik¸ cəsurluq¸ ceviklik¸ mərdlik kimi nəcib sifətlər aşılarırdı.

Oğula nəslin davamcısı¸ ailənin iftixarı¸ şərəfi və dayağı kimi qiymət verilərdi:

Oğul atanın yetirməsi¸ iki gözümün biridir¸

Ağıllı oğul olsa¸ ocağımın gözüdür.

Dədələrimiz¸babalarımız oğulları göz bəbəyi kimi qoruyardəlar.

Qorqud ata oğula olan sevgisini beləcə söyləmişdi:

Qara dağım yüksəyi ¸ oğul!

Qanlı suyun daşqını¸ oğul!

Müasir mərhələdə şəxsiyyətin inkisafinda mədəniyyətin və dövlətin rolu və dəstəyi artmaqdadir.İnsanın həyat fəaliyyətini təkmilləşməsi¸qloballaşmadan yaranan yeni tələblər¸yeni texnologiyalarin elmdə¸təhsildə tətbiqi¸dünyanın inkişaf etmiş ölkələrinə inteqrasiya yeniytmə və gənclərimizin fəaliyyəti ölkənin mədəni¸siyasi¸hüqüqi inkişafında özünü daha bariz göstərməkdədir. İstər təhsil, istər idman və istərsə də incəsənət sahəsində əldə edilən uğurlarin əksəriyyəti gənc nəslin payina düşür.

Azərbaycan cəmiyyətində bu gün fəaliyyəti¸elmi dünyagorüşü¸mlli-əxlqi keyfiyyətləri¸intelektual səviyyəsi ilə qüvvələnə biləcəyimiz¸fəxr edə biləcyimiz gənclərimiz kifayət qədərdir.Lakin cəmiyyətdə əksini gördüyümüz məqəmlar da az deyildir. Bu gün ailədən cəmiyyətdən uzaq düşən¸təhsilini yarımçıq tərk edib gündəlik cörək pulunu qazanmaq üçün küçələrə üz tutan¸xalqinin¸vətəninin¸keşmişindən¸tarixindən mədəniyyətindən xəbərsiz olan sorğu-sual olunduğunda Azərbaycan boyda bir ölkənin bir ölkənin bir mütəfəkkirinin¸şairin¸yazıçının adını bilməyən¸tarixi qaynaqlarımıza¸qədim keşmişimizə¸milli-mənəvi dəyərlərimizə söykənən filmlərimiz olan "Babək”¸ "Nəsimi”¸ "Dədə Qorqud”¸ "Şərikli cörək”¸ "Koroğlu”¸ "Yeddi oğul istərəm”¸ "Uzaq sahillərdə”¸ "Ögey ana”¸ "Böyük dayaq”¸ "Bizim Cəbiş müəllim”¸ "Qaraca qız” kimi filmlərdən xəbərsiz olan uşaq və yeniyetmələrimiz coxluq təşkil edir.

Bu gün övladlarını qonşu kanallarda nümayiş etdirilən fantastik¸ uşağın hec bir psixoloji məqamına toxunmayan¸ aqressivlik¸ zorakılıq¸ yüngüllük kimi xüsusiyyətlərin üstünlük təşkil etdiyi¸ qərb dəyərlərinə söykənib uşaqlarımızı milli xüsusiyyətlərimizdən¸ milli mentalitetə əsaslanan ailə münasibətlərindən uzaq salan film və serialların pis nəticəsini dərk etmirik.

Cəmiyyətimizdə əksər kənd və rayon ailələrinin¸ bu gün artıq şəhər ailələrinin də daimi qonağına cevrilən əksər serialların tərbiyəvi nəticələrindən danışmaq mümkün deyil. Mövzusu məişət və məhəbbət problemlərindən kənara cıxmayan bu kimi filmlər uşaqların və yeniyetmələrin əsas müzakirə obyektinə cevrilmişdir. Onlardakı obraz və personajların həyat prototiplərini də yaradan övladlarımız təəssüflər olsun ki az deyil.

Tarixi şəxsiyyətimiz olan Babəkin igidliyini¸ əyilməz qürurunu ("Babək” filmi);

Bəxtiyarın dönməzliyi¸dosta sevgisi¸("Yeddi oğul istərəm”)¸

Mixaylonun (M.Hüseyinzadə) vətən ana sevgisini ("Uzaq Sahillərdə");

Vaqifin məsumluğunu, gözü toxluğunu, bir tikəni bölməsini("Sərikli çörək");

Cəbiş müəllimin vətəninə xeyr vermək üçün hər üsula əl atmasıni, ictimai mənfeyi öz mənafeyindən üstün tutmasını ("Bizim Cəbis müəllim");

Kefli İskəndər məntiqli fikirlərini (Ölülər);

İsmayılın insanlarda yüksək insani duyğuları dəyərləndərməsi ("Ögey Ana");

Nəsiminin Allah tanımaq¸ əqidəsindən dönməmək ideyası ("Nəsimi");

Beyrəyin elinə-obasına olan sevgisinə üz çevirməmək, zindanlarda çürüməyi üstün tutub¸ancaq elinə üzüağ qayıtmaq ("Dədə Qorqud");

Mehmanın təmiz rüşvətsiz vicdanlı cəmiyyət naminə ailəsindən və canından keçməsi, səhvini başa düşüb onu etiraf etmək  ("Qanun naminə"),

Ətrafdakılardan bağışlanmağını diləmək ("Onu bağışlamaq olarmı"?);

Qaraca qızın saflığı dosta sədaqəti dost yolunda candan keçmək ideyası ("Qaraca qız");

Abbasqulu bəyin elinin-obasının qayğısına qalmaq, duz-çörəyə qiymət vermək, haqq-salamı tamdamamaq fikirlərini ("Axırıncı aşırım") örnək götürək onlardan yararlanmaq bir cəmiyyətin əxlaqi-tərbiyəvi yetişməsində böyük rol oynayacaqdır telviziya kanallarında mədəni dəyərlərimiz qorunan bu filmlərin nümayişi mütəmadi keçirilir.

Lakin təbliğat təkcə televiziyalarda deyil¸aillələrdə¸məktəblərdə də olmalıdır.