Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Rusiya: 1984-cü ildən 2084-cü ilədək

30-09-2019, 18:11 Baxış: 177
Rusiya: 1984-cü ildən 2084-cü ilədək
ABŞ seçkilərinə müdaxilədə ittiham olunan Rusiyada ən böyük sosial Big Data şirkətinin yaradıcısının erməni millətinə mənsub olması çox düşündürücüdür.
Big Datanın "XXI əsrin nefti, ya da qızıl mədəni” olmasından daha çox bu sahədə qonşularımızın çoxsaylı və fəal olması dərin narahatlıq doğurur.
Beyin potensialını qorumaq yönündə - XXI əsrdə yetişəcək Lütfi-Zadələrin ABŞ-a, "S-400” raketlərini yaradan İqor Aşurbəylinin isə Rusiyaya getməsi dünya güclərinin imkanlarını daha da artırır, lakin bizə yalnız ad və təskinlik qalır. Hər bir linkin izlənmə sayı və yazılan minlərlə şərh dediklərimizi sübut edir. Müasir dövrün Corc Oruelləri BÖYÜK TELEVİZORDAN DEYİL, bizi hər zaman müşaiət edən cihazlardan hər bir hərəkətimizi, eləcə də gələcək məramımızı çox rahatlıqla izləyə bilir. Qurulan matrisalarda hər şey var - bazarlıq edərkən kassaya təqdim etdiyimiz kartlardan tutmuş, aldığımız malların siyahısına qədər onların əlindədir. Eləcə də səyahətlər, görüşlər, danışıqlar və sairəyə qədər bütün fəaliyyət trayektoriyamız, o cümlədən hər addımda ictimai paylaşıma çıxardığımız düşüncə məhsullarımız yad əllərdədir. "Beyin tomoqrafiyası”nın qeyri-tibbi yollarla çıxarılan forması... Diqqətlə baxın, sonda verilən linkdə misirli rejissorların "Netflix"ə film çıxarması var... Bizdə bu potensial olmaya bilməz. Bəs necə üzə çıxarmalı? P.S: Hazırda "Çernobıl"dan sonra "Netflix"də "Cambridge Analytica” mövzusunda misirli rejissorların: Kərim Əmir və Cahan Nuujamın (Karim Amer and Jehane Noujaim) çəkdiyi "The Great Hack" sənədli filmi dünya gündəmi olub. Burada nəyin şokunu yaşamaq hər kəsin öz işidir: misirli müəlliflərin "Netflix"ə film çıxarmaq hünəri, yoxsa sosial şəbəkələrdə datalarla dünyanın necə idarə edilməsi?