Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

"Güc"lərin daimi və dəyişən maraqları

9-07-2016, 18:49 Baxış: 1 033

"Güc"lərin daimi və dəyişən maraqları

Rauf MİRQƏDİROV 

Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi növbəti iqtisadi sanksiyalar yaxın günlərdə qüvvəyə minəcək. Qadağalar iyul ayının 1-dən növbəti dəfə uzadıldı. Avropa Şurasının 2015-ci il martın 19-da Minsk razılaşması üzrə sanksiyaların fəaliyyət müddətinin tam həyata keçirilməsi 31 dekabr 2015-ci ilə qədər nəzərdə tutulurdu. Lakin, razılaşma yerinə yetirilmədiyinə görə, sanksiyaların müddətini 6 ay müddətinə-2016-cı il iyul ayının 31-ə qədər artırıldı. Növbəti dəfə Şura sanksiyaların müddətini yenidən 6 ay müddətinə-2017-ci il yanvarın 31-ə qədər artırmağa qərar verdi. Bu,  elə də pis xəbər kimi qəbul edilmədi...

2014-cu ildən Krım böhranından sonra  Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bütün iqtisadi sahələr- istər bak, istər enerji, istərsə də silah istehsalı sekotrlarını əhatə edirdi.

Bəs bu sanksiyalar Avropaya məqsədlərinə çatmağa kömək edə bildimi?

Gəlin, Aİ və Rusiyanın xarici siyasətini, Rusiya hökümətinin yürütdüyü siyasətdə qazandığı uğurları və  Rusyanın "Brexit” ( Britaniyanın Aİ-dən çıxmasına dair keçirilən referendum – Red.) məsələlərində mümkün əlaqələrini də nəzərə alaraq Rusiyaya tətbiq olunan  sanksiyaların təsirindən danışaq.

Sanksiyaların böyük təsiri Rusiyadan yan keçdi

Rusiya tətbiq olunan sankisyalardan özünün qorudu. NATO-nun Rusiya iqtisadiyyatına dair 2015-ci il dəyərləndirməsində, Rusiya iqtisadiyyatında əngəllər olduğu bildirilirdi. Hesabatda  Avropa Birliyinin bu ölkəyə tətbiq etdiyi sanksiyaların Rusiyanın iqtisadiyyatına yarı faiz təsir etdiyini (Neftin qiymətinin düşməsi əsas faktor kmi qiymətlənidrilərək – Red.) qeyd edilirdi.  Bununla yanaşı,  "Eurobserver” və digər qurumlar "Aİ və ABŞ tərəfindən 2014-cü ilin ortalarından tətbiq olunan sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı haqqında” oxşar hesabatlar təqdim edərək Rusiya iqtisadiyyatının  gerilədiyini açıqladı.

İqtisadi sanksiyaları tətbiq etməklə Rusiyanın xarici siyasətinə təsir etmək və Ukraynaya qarşı aqressiv siyasətini dayanadırılacağını düşünülsə də, sanksiyaları Rusiyanı daha da aqressivləşdirdi. Rusiyaya olan xəbərdarlıqlar 2014-cü ilin sentyabrından ertibarən  bu günə qədər  - 19mart, 2015, 31 Dekabr 2015, 31 İyul 2016 və 31 Yanvar 2017-ci il də olmaqla 5 dəfə uzadıldı.

Məlum, Aİ-nin səbirsizliyinə və təkrar siyasəti təkidlə yürütməsinə baxmayaraq, Rusiya öz siyasətində davamlılığı qoruyub saxlayır.

Bir tərəfdən, geosiyasi cəhətdən Rusiyadan kifayət qədər uzaq olan  İtaliya, Fransda, Macarıstan və Yunanıstan kimi ölkələr sanksiyaların daha da gücləndirilməsinə təşviq edir. Digər tərəfdən də, Rusiyaya geosiyasi cəhətdən kifayər qədər yaxın olan və özünü daha çok təhlükədə hiss edən Polşa və Baltikyanı ölkələr sanksiyalarla bağlı qəti imkan tədbirlərinin görülməsinin tərəfində durur.  Götrünən isə budur ki, sanksiyaların uzadılması Rusiyadan çox Avropa ölkələrinin birliyi üçün təhlükədir.

Avropa İttifaqının”imici” və Rusiyanın xarici siyasəti uğursuzluları necə əsaslandırır?

Aİ və Rusiyanın xarici siyasətində olan müxtəliflik daha da böyüyən sanksiyaların keçmişini əsaslı və dayanıqlı edir.

Belə ki, Aİ-nin Ukrayna münaqişəsinə, günü-gündən qloballaşan miqrantlarla bağlı böhrana, habelə Gürcüstan müharibəsinə olan yanaşması qədər fərqli hadisələr kifayət qədər təəssüf doğurdu. Yəni, böhranlarla və qlobal problemlərin qayğıları ilə məşğul olmaq nə Aİ liderlərinin, nə də vətəndaşlarının arzusu olduğu aydın oldu.

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların genişləndirilməsi, immiqrasiya qanunvericiliyinə dair qərarlar və qeyd etdiyim kimi, Gürcüstan müharibəsinə müdaxiləyə dair "yalnış” qərarlar səbəbilə Aİ-ə üzv ölkələrin parçalanması, qurumun regionda "təsir gücü”nə çevrilmək üçün hazır olmadığını göstərdi. Bu baxımdan, Aİ-də qəbul edilən qərarların birmənalı formada demokratik qəbul edildiyini demək çətin olardı. Xüsusilə, söhbət Aİ-nin xarici siyasətindən gedirsə.

Avropa İttifaqı özünü dünyada insan haqqlarının müdafiəçisi, qanunun və demokratik dəyərlərin qahmarçısı kimitəqdim etmək üçün kifayət qədər sərmayə yatırıb. Bu baxımdan, sözügedən "imic”i itirməyə yol verməyəcəyinə inanıram. Sözsüz ki, Aİ-nin xarici siyasətini tənzimləyən beynəlxlaq hüquq qaydaları həm də bütün dünyada insan hüquqlarına dair ən ali "tərif” hesab edildiyi üçün qurum ictimaiyyət tərəfindən umulduğu kimi  fəaliyyət göstərməyə çalışırdı.

Lakin, Avropa Birliyinin xoşməramlı fəaliyyətinin ardınca qətiyyətli formada Rusiyaya qarşı sanksiyaların tətbiq olunması qurumun "imic”inə uyğun deyildi.  Nəticədə, Aİ artıq hadisələrin cərəyan etdiyi zaman bölünməyə başlamışdı. Sözsüz, bu parçalanma millətlərarası "qırğınlıq”a gətirib çıxarır.  Ölkələrdəki iqtisadi gərginlik davam etdikdə, məsələn Yunanıstan və Macarıstan kimi ölkələr böhrandan çıxış yolu kimi Rusiya ilə iqtisadi əlaqələr qurmağı seçə bilərlər. "Brexit” isə bunu üçün müəyyən təsəvvürləri yaradır...

Aİ hesab etdi ki, Rusiya Ukrayna ərazilərini ihlaq etdiyində münasibət bildirməməsi beynəlxalq hüquq və ədalət müdafiəçisi kimi öz nüfuzuna xələl gətirər. Sanksiyaların tətbiqi isə zərurət deyildi, Aİ-nin beynəlxlaq öhdəlikləri və az öncə  danışdığmız "siması”na da uyğun olmadı.

Bundan fərqli olaraq, Rusiya daim milli maraqlara uyğun fəaliyyətində israrlı davrandı. Beynəlxlaq sistemdə Rusiyanın yanaşması unikal oldu və kimin nə düşünəcəyini demək olar ki, Rusiya höküməti tərəfindən nəzərə alınmadı. Məsələn, hətta ABŞ belə Cənubi-Çin dənizi məsələsinə müdaxilə etmək, yaxud, Vetnamda yeni bir müharibə etmək üçün müəyyən "hüquqi bəhanələr” uydurmağa çalışır.

Lakin, Rusiya höküməti Krımın ilhaqı zamanı münasibətini açıqlayan zaman bəhanə axtarmadı -  Qərbin nə münasibət bildirəcəyini gözləmədən və kimin nə düşünəcəyini nəzərə almaqdan öz mövqeyini açıqladı. Əslində, bu xüsusiyyətlər Rusiya "dəyərli” siyasətlərindəndir. Hətta, Con Dj Mirsxaymer Ukrayna münaqişəsini Qərbin "səhvi” adlandırıb. O hesab edib ki, Putinin siyasəti Qərb tərəfindən qabaqcadan ehtimal edilməli və qarşısı alınmalı idi.

Rusiyanın xarici siyasətindəki əzmkarlığının uğuru

Rusiya öz əzmkarlığını uğurla davam etdirdi və ən azından bunu,  öz standartlarına uyğun formada güclü bir ölkə kimi bacardı. Siyasətini, rəngini dəyişən Rusiay olmadı. Əksinə, Rusiya ilə münasibətlər qurmaq üçün bəzi ölkələr öz mövqeyini və rəngini dəyişdi.

Türkiyə və Rusiya: Türkiyə prezidenti Rəcəb  Tayyib Ərdoğan rəsmi olaraq Rusiyanın bombardımançı təyyarəsinin vurulmasına görə Rusiyaya üzrxahlığını bildirdi. Bu təkcə Türkiyə mediyasında deyil, Qərbdə də fövqəladə hal kimi qiymətləndirildi.

Rusiya nə Yaponiya:  İlk öncə Yaponiya, ABŞ müttəfiqi olaraq Krım məsələsində Rusiyaya qarşı tutarlı mövqe sərgilədi. Ən son xəbərlərə əsasən,  Yaponiyanın Xarici İşlər Naziri Abe ilə Putin enerji əlaqələrinə dəstəklə bağlı razılaşdırlar.

Rusiya və Gürcüstan: Rusiya ən böyük anlaşmazlığı Gürcüstanla yaşayıb. Nəticə olaraq isə, bu anlaşmazlıqlar iki ölkə arasında müharibəyə yol açdı. Lakin, buna baxmayaraq Gürcüstan enerji və iqtisadi səbəblərə görə Rusiya ilə münasibətlərini normallaşdırmalıdır.

Aİ-Rusiya: Rusiyaya qarşı sanskiyaların genişləndirilməsində Aİ daxilində baş verən fikir ayrılığı, bunun üzrəniə isə "Brexit"lə gələn maliyyə böhranı Aİ-ni Rusiya ilə münasibətlərini normallaşdırmasına məcbur edə bilər.  Rusiyanın hərbi fəaliyyətlərə müdaxilə böyük dövlətləri, eləcə də ABŞ-ı onun regionda sabitliyini qorunması üçün onun böyük əhəmiyyətinin və rolunun olduğunu qəbul etməyə məcbur etdi.

Sonda isə, Rusiya hər zaman region üçün önəmli faktor olub.Rusiyanın əzmkarlığı digər dövlətlərin yanaşmalarını dəyişmək üçün gücdən istifadə etməsindən ibarətdir. Sanksiyalardan sonra  (Şərqi Asiya ölkələri çox da kömək etmədi) Rusiyaya qarş yürüdülən təcridçilik siyasətində  Rusiyanın potensialı və möhkəmliyi nəticəsində  onun hərbi bazası inkişaf etdi.

Rusiya və Brexit əlaqələri üçün mümkün ssenari

Rusiyanın apardığı ənənəvi siyasəti əsasən, sanksiyalar nə qədər çətin olsa da güzəştə getməməkdir.

Zaman keçdirkcə Aİ məsələnin həllinin daha da çətinləşdiyini görür. Çünki, Rusiya artıq bu sanksiyalarla yaşamağa öyrəşib və tezliklə bundan çıxış yolunu tapacaq.  Uzunmüddətli perspektivdə Rusiyanın itisadiyyatı inkişad etdikcə bu AB üçün bir təhlükə halına gələcək. Brextidən sonra isə burada 3 mümkün ssenari var.

Böyük Britaniya və Rusiyanın tələblərinin bir-birinə cavab verməsi

Bu ssenaridə, Böyük Britaniyanın "Brexit"dən oyanması və yeni stategiyalara, xarici siyasətə investisiya qoyması gözlənilir. Düzdür, "Brexit"dən sonra tətbiq olunan sanksiyaların effektivliyi və əzmi daha da az olacaq. Lakin, növbəti addımı formalaşdırmaq həmçinin də vaxt tələb edir. Müstəqiliyini "bərpa edən" Böyük Britanıyanın borclarını ödəməsi üçün yeni çıxış yolları axtarmaq lazımdır. Kim bilir, bəlkə də Avropa İttifaqı Britaniya və Rusiyanı küncə sıxışdıraraq özü də bilmədən onlar arasında müttəfiqliyin yaranmasına səbəb olur?!

Böyük Britaniyanın xarici siyasətinə nəzər yetirdikdə, daimi müttəfiqliyin, daimi düşmənçiliyin olduğu müşahidə edilə bilməz. Bu danılmaz faktdır ki, Britaniyanin xarici siyasində yalnız daimi maraqlar mövcuddur.

İngiltərənin Aİ-də qalması üçün növbəti referendum keçirməsi

Bu ikinci ssenari isə Avropa Birliyi üçün daha xeyirlidir. Bu baş verərsə, İngiltərə Aİ-də öz orijinal mövqeyini itirəcək və birlik onun mövcud olduğu çoxşaxəli  gücünü zəiflədəcək. Nəticədə, İngiltərənin Rusiyanı qazanmaq üçün daha az şansı olacaq.

Digər Avropa ölkələrinin də ittifaqı tərk etməsi üçün referendum keçirməsi

Əgər Ai "Brexit”dən sonra dağılmağa başlasa  İngilitərənin  öz qlobal mövqeyinin qorumaq üçün müəyyən imkanları yaranacaq.  Avropa İttifaqı ölkələrinin  birlik halında qalması və  güclənməsi isə İngiltərə üçün üçün təhlükə olar.

Bir sözlə, xüsusilə post-Brexit dövründə Rusiyaya olan sanksiyaların genişləndirilməsi Rusiyanın xarici siyasətinə çox da təsir etməyəcək. Çünki, Rusiyaya  qarşı sanskiyaların genişləndirilməsi xəbəri gözlənilən idi və o "Brexit zəlzələsi"dən daha az maraq doğurdu. Yəni, Sanksiyaların "Brexit” dövrünə təsadüf etməsi onun əhəmiyyətini daha da azaltdı.

Avropa İttifaqı  yaranandan ən böyük böhranını yaşayır. Aİ  xarici siyasətində  İngiltərə, Rusiya ilə münasibətlərində çətinliklərlə qarş-qarşıyadır.  Kimin qalib g’l’c’yini isə söyləmək çox tezdir. Lakin, məlum olan odur ki, Rusiyanın stabil siyasəti həm Aİ, həm də İngiltərə üçün yaxşı nümunədir.

Aİ və İngiltərə böhrandan çıxmaq üçün real dəyişikliklər etmək istəyir. Bunun üçün isə hər iki güc öz yanaşmalarında stabil olmalı və öz məqsədlərini reallaşdırmaq üçün kifayər qədər cəsur olmalıdır.