Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Hövsandakı dəhşətli hadisənin psixoloji pərdəarxası

11-07-2016, 21:57 Baxış: 1 515
Hövsandakı dəhşətli hadisənin psixoloji pərdəarxası 
Elnarə Eminova, Ümumrusiya Peşəkar Psixoterapevtlər liqasının həqiqi üzvü

"Suraxanı rayonu Hovsan qəsəbəsi ərazisində tükürpədici hadisə baş verib.
Suraxanı qəsəbəsində yaşayan 53 yaşlı kişi dəfələrlə 21 yaşlı qızı ilə cinsi əlaqədə olub.
Gənc qız atasının ona etdikləri və cinsi əlaqədə olması barədə anasına bildirsə də, anası buna inanmayıb. Buna görə də o, riskli addım atmağa məcbur olub və atasının onunla necə cinsi əlaqədə olmasını lentə almağa qərar verib.
Yataq otağında quraşdırdığı kamera vasitəsi ilə bütün cinsi əlaqəni lentə alıb.
Sonra lenti Suraxanı rayon 30-cu Polis Bölməsinə təqdim edib.
Lentin surətini anasına və bacısına göstərib.
Prokurorluqdan bildiriblər ki, hadisədə təqsirli bilinən 53 yaşlı şəxs dindirilib və sərbəst buraxılıb. Bildirildiyinə görə, 53 yaşlı ata bu ilin fevral ayından qızı ilə cınsi əlaqədə olmağa başlayıbmış".  
Bu xəbəri oxuyan hər kəs dəhşətə gəlir. 
Odur ki, bu dəhşətli hadisənin psixoloji aspektlərinə toxunmaq istərdim. 
Öncə qeyd edim ki, Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yaşanan bu hadisə qızına təcavüz edən atanın birbaşa davranış pozuntusunun göstəricisidir.
Bu cür hallar daha çox ögey ata faktorunda yaşanır. Doğma atanın 21 yaşlı qızını cinsi əlaqəyə zorlaması atanın sağlam psixologiyaya malik olmamasını təsdiq edir.
Hadisəni törədən ata birbaşa seksual pozuntu yaşayır və bu pozuntu həmin şəxsin bu addımı atmağına şərait yaradır. Həmin şəxsin digər gənc qızlarla da intim münasibətdə olması ağla gələn ehtimaldır.
Bu hadisə yaşanan zaman mütləq şəkildə ata emosional affekt halında olub və törətdiyi cinayətin fərqinə varmayıb. Həm özünün həm də ki, qızının gələcəyini birbaşa təhlükə altına salıb.
Ananın isə qızına inanmaması həmin xanıma gələcəkdə anasıyla münasibətinə təbii ki, kölgə salacaq ən azı ana qızına inanıb onu dinləməli idi ki, ata-qız arasında yaşanan intim münasibəti videoya alınıb ailə dramı yaşatmazdı.
Bu cür halın yaşanması istənilən halda 3 şəxsin həyatını məhv edir. Birincisi, qızın gələcək taleyi və bu yaşanan intim münasibət onda hələ çox travmalara yaradacaq və iz buraxacaq- ailə həyatı qurmağına çətinlik törədəcək, əks cinsə qarşı daim inamsız olacaq. Hətta bu cür situasiyada intihar halı da yaşana bilərdi. Qız utancından sui-qəsdə addım ata bilərdi.