Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

"Çuvallarla pul töküb İsveçrəyə getməyin"

20-07-2016, 18:58 Baxış: 426
"Çuvallarla pul töküb İsveçrəyə getməyin"
 
Aslan İSMAYILOV

40 illik dostum Nikolay Dvornikovu yola salarkən Sizə 6 gün ərzində dostumla Vətənimi gəzərkən gördüklərim barədə ətraflı yazacağımı vəd etmişdim. Türkiyə hadisələri başımı qatdığından yazım gecikdi.
Yazının birinci hissəsində Sizinlə xoş təəssüratları bölüşəcəm:
Bir daha dostuma Vətənimə gəldiyinə görə təşəkkür edirəm. Ən əsası da ona görə ki, səyahətdə Vətənim barədə onun fikirləri mənim üçün çox önəmli idi. Dəqiq bilirdim ki, o həmişə ədalətli, obyektiv olmağa çalışıb. Onunla səyahətdə bu günə qədər dəfələrlə gəzdiyim yerlər mənə sanki başqa cür, daha müsbət təsir bağışladı. Bu müddət ərzində, məzuniyyətdə olduğunu bildiklərindən, dostları, tanışları, kolleqaları (Nikolay uzun müddətdir ki, məhkəmə sədridir) Nikolaya dəfələrlə Rusiyanın cürbəcür şəhərlərindən zəng edib təəssüratlarını soruşdular.
Hər dəfə Nikolay Azərbaycana, xüsusilə Bakıya vuruluduğunu deyib onlara Paris, London, Dubaya yox, Bakıya gəlmələrini məsləhət görürdü. Dostumu Rusiya sərhəddində qarşılayandan sonra Nabrana, sonra isə Qusara apardım. Şahdağ kompleksini gördükdə Nikolay dönə-dönə təkrarladı ki, kimsə ona dağlarda qısa zaman ərzində bu cür gözəlliyin ərsəyə gəldiyini desə inanmazdı.
Zənglərin birinə hətta belə cavab verdi: "A kişilər çuvallarla pul töküb İsveçrəyə getməyin, qulağınızın dibində olan Qusara gəlin”.
Bakıya gələrkən yolda gördükləri alternativ enerji üçün quraşdırılmış pərlər də diqqətini cəlb etdi. Bakıya gəldikdə isə Nikolay həqiqətən şəhərə vuruldu. Dağüstü Parkdan şəhərin görüntüsü, Alov qüllələri, Bayraq Meydanı, Dənizkarı Park, SOCAR Binası, son dövrlər tikilmiş müasir mehmanxanalar, digər tikililər sözün həqiqi mənasında Nikolayı təəccübləndirmişdi. Fürsətdən istifadə edib Nikolaya qədimi binaların və müasir binaların SSRİ-dən əvvəl və dağıldıqdan sonra tikildiyini bildirdim.
İçərişəhərlə səyahətin isə başqa ləzzəti oldu. Bu dəfə dostum tək Azərbaycanın cansız gözəlliklərini yox, canlı gözəlliyinin də şahidi oldu. İçərişəhərdə Şirvanşahlar Sarayı ilə tanışlıqda dostuma azərbaycanlıların gözəlliyini bizi komplekslə tanış edən Ədilə xanım Məcidova öz şəxsində tanıtdırdı. Gəzdiyimiz sahələrlə bağlı müfəssəl bilgi verən bu gözəl, nurani, məlahətli səsə malik ağbirçək xanıma vurulmamaq olmazdı. Əslən İçərişəhərdən olan 69 yaşlı bu xanım bizimlə sanki öz balaları ilə davranırdı. Kompleksin az qala hər daşının tarixi, sakinləri barədə elə danışırdı ki, az qala özünü o dövrlərdə hiss edirdin.
Ədilə xanımla sağollaşanda dostum ona xüsusi təşəkkür edib, belə xanımla eyni millətdən dostu olduğuna görə xoşbəxt olduğunu bildirdi (bu gün bir daha təşəkkür etmək üçün özüm Ədilə xanıma baş çəkdim). Sözün əsl mənasında mənə belə bir xanımın, işçinin olduğunu desələr özüm inanmazdım. Bu tip insanları bir neçə dəfə ancaq əslən Sankt Peterburqdan, zədagən nəslindən olan bələdçilərdə görmüşdüm. Sonuncu gün Bilgəh ətrafındakı istirahət mərkəzləri ilə tanış edib Hava Limanından yola saldım.
Onun heyranlıqla ətrafdakı gözəllikləri seyr etməsi sözün həqiqi mənasında məni qürurlandırırdı. Son dövrlər bəlkə ilk dəfə belə hisslər keçirirdim. Dostum dəfələrlə Bakıda təmizlik olduğunu, gözəl tikililəri, qədim arxitektura ilə müasir binaların harmoniyasını dönə-dönə təkrarladı.
"Çuvallarla pul töküb İsveçrəyə getməyin"
"Çuvallarla pul töküb İsveçrəyə getməyin"
"Çuvallarla pul töküb İsveçrəyə getməyin"
"Çuvallarla pul töküb İsveçrəyə getməyin"
"Çuvallarla pul töküb İsveçrəyə getməyin"
"Çuvallarla pul töküb İsveçrəyə getməyin"
"Çuvallarla pul töküb İsveçrəyə getməyin"
"Çuvallarla pul töküb İsveçrəyə getməyin"