Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Hacı dayının həkimi

14-05-2016, 21:31 Baxış: 408
Azər SARIYEV
 
XXI əsrdə Azərbaycanda peyğəmbər, məsih, imam gördük.
Bir Müqəddəs Məryəm görməmişdik, onu da medianın yazdığı düzdürsə, Şamaxıdan çıxardılar.
Doğrudur, özünü peyğəmbər, məsih, imam elan edənlərə inanan tapılmamışdı.
Ancaq 15 yaşlı biçarə qızın bakirə olaraq hamilə qalmasına, yəni Məryəm analığına ən azı bir nəfər də olsa, inanan var: rayonun tibb eksperti. İnanmasa da inandığını iddia edir.
At kimi millətin üzünə dayanıb rəy verir ki, qız bakirədir və belə çıxır ki, 15 yaşlı qız uşağı bakirə ola-ola hamilə qalıb.
Bu həkimin rəyi yadıma köhnə Şəki lətifəsini saldı. 

Bir kişi qızına tapşırıbmış ki, Hacı dayıdan uzaq dursun, yoxsa namusu kirlənər. Kişi bir gün evə gələndə görür ki, qızı Hacı dayı ilə söhbət edir. Adam Hacı dayıya hücum edir ki, mən səni tanıyıram, yaxınlaşdığın adamı salamat buraxmazsan, qızımın namusunu korladın. Hacı dayı nə qədər and-aman edir, ata inanmır və qızı da götürüb gedir həkim-ekspertin yanına ki, uşağı hərtərəfli müayinə etsin. Ekspert müayinədən sonra rəy verir ki, narahat olmasın, uşaq hərtərəfli salamat və bakirədir. Kişi yapışır həkimin yaxasından ki, yox, yalan deyirsən, ya sən rüşvət alıbsan, ya da Hacı dayı ilə dostluq edib zay olubsan. Həkim nə qədər deyir, kişi az eşidir. Axırda həkim qızı və atasını aparır vanna otağına. Vannanı suyla doldurub qızı ora otuzdurur və qızdan xahiş edir ki, qaz xaric etsin. Qız utansa da həkimin dediyini edir. Həkim deyir: Diqqət et, su ləpələnmədi, deməli, qızın korlanmayıb. Sonra həkimin özü soyunub vannaya girir və bərkdən qaz buraxır. Həkimin buraxdığı qazın təsirindən vannadakı su sunami kimi ləpələnir və həkim üzünü kişiyə tutub qışqırır: "Bax, Hacı dayının korladığı belə olur".
 
İndi onun sözü olmasın, belə olan şəraitdə qızla yanaşı, həkimin özünü də ekspertizadan keçirmək zərurət yaranır. Özü də Hacı dayının həkiminin metodu ilə. Belə həkim ancaq vannaya oturdulmaqla ekspertizadan keçirilməyə layiqdir. Ekspertizanın nəticələri isə aşağıdakı kimi ola bilər: 
Variant 1.Eksperti yedirib-içiriblər, sonra da hamilə qızın yerinə başqasını salıblar ekspertizaya.
Variant 2. Eksperti qorxudub rəy alıblar. 
Variant 3. Ekspert savadsızdır. 
Variant 4. Qız həqiqətən ikinci Müqəddəs Məryəmdir. 
Variant 5. Həkim rüşvət alıb. 

Sonuncu varinat inandırıcı görünməsə də, hər ehtimala qarşı yazdım.