Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Ermənilərin Qərbi Azərbaycandakı cinayətləri

3-08-2016, 15:51 Baxış: 1 184
Ermənilərin Qərbi Azərbaycandakı cinayətləri
Elvin BABAYEV 

Babalarımın hər ikisinin də doğulub, boya-başa çatdığı doğma diyar, ata yurdum - Qərbi Azərbaycan deyəndə azərbaycanlıların çox əsirlik torpağı, vətəni, yaşadığı eli-obası, ata-baba yurdu yada düşür. Mən o yerləri görməsəm də, ata-babalarımın hər dəfə danışdıqları məni xəyallarımda o yerlərə aparır, gəzdirir, gətirir. Ancaq, həmişə bu adı eşidəndə həsrət qaldığım yerlərə- Göyçəyə, Zəngəzura, Dərələyəzə, Vedibasar mahalına- ata-baba yurduma gedə bilməməyim məni çox məyus edir. Bütün bu qadağaların, həsrətin səbəkarları ermənilərdir. Onların vəhəşilikləri nəticəsində xalqımız əzab-əziyyətlərə, sarsıntıya, ağrı-acıya, məhrumiyyətlərə məruz qalmışdır. Ermənilər tək Qafqazda və Azərbaycanda yox, hətta dünyanın  bir çox ölkələrində öz çirkin niyyətlərini həyata keçirməklə dünya xalqlarını qanlı hadisələrə və terrora məruz qoymuşlar.
Emrənilər mənfur idealarını, çirkin niyyətlərini həyata keçirdmək üçün təşkilatlar, partiyalar yaratmış, o təşkilatlara, partiyalara "Daşnaksütun” və "Hnçaq” adları vermişdilər. Məhz bu təşkilatların yaradılmasıyla soydaşlarımıza qarşı düşünülmüşetnik təmizləmə, soyqırım, deportasiya siyasətinə başlamışlar və  bu günədək də davam etdirirlər. Ermənilərin mənfur siyasəti nəticəsində soydaşlarımız mərhələ-mərhələ Qərbi Azərbaycandan - indiki Ermənistan adlandırılan ərazidən, min illər boyu məskunlaşdıqlarıata-baba yurdlarından, tarixi-etnik torpaqlarından qovularaq kütləvi qətil və soyqırımlara məruz qalmışlar. Aralıq dənizindən Qara dənizə, Qara dənizdən Xəzər dənizinə qədər olan ərazidə yaşayan bütün insanları məhv edərək  - "Dənizdən-dənizə” "Böyük Ermənistan” yaratmaq iddiasında olan azərbaycanlı-türk qanı axıtmaqdanzövq alan ermənilər 1905-1920, 1948-1953, 1988-1992-ciillərdə Qərbi Azərbaycanın əksər bölgələrində qırğınlar törətmiş, kəntlər yandırılıb talan edilmiş, günahsız-dinc soydaşlarımız vəhşiliklə qətlə yetirilmiş, bu illər ərzində on minlərlə azərbaycanlı Zəngəzurdan qovulmuşdur.        
1918-ci ildə türk qanına susayan vəhşi andraniklərin, silikovların, erməni quldurlarının, qaniçən cəlladların başçılığı ilə böyük bir quldur dəstədən ibarət qoşun İrəvan, Dərələyəz, Zəngəzur, Vedibasar, Göyçə, Keşişkənd və digər azərbaycanlılar yaşayan ərazilərdə qırğınlar törətmiş, kəntləri darmadağın etmiş, zor və hiylə ilə soydaşlarımızı bir yerə toplayıb onları diri-diri yandırmış, körpə uşaqları boğaraq su quyularına atmış, insanlıq hissindən mərhum saqqallı daşnaklar bu ah-nalələrdən ləzzət almış və etdikləri bu vəhşilik haqqında başlarında durmuş azərbaycanlı qanına susayanlara məruzə edirlərmiş.                                                                                   1940-cı illərdə erməni gəlmələrinə yer əldə etmək üçün daha on minlərlə azərbaycanlı Azərbaycana deportasiya olundu. 1988-1989-cu illərdə son etnik təmizlənmə vaxtı isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk etdi.                 
Beləliklə, bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı azərbaycanlılara məxsus 2000-dən çox qəbiristanlıqları, tariхi mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib.
Ermənilər tariхən azərbaycanlılara – türklərə qənim kəsildikləri – deportasiyalara, soyqırımlara məruz qoyduqları halda bu faktlar gizlədilir, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərir, beynəlxalq hüquqi – siyasi qiymət verilmir.Soydaşlarımız erməni xisləti, xəyanəti sayəsində öz əzəli ata-baba yurdlarını itirdilər.