Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Reseptdə dərmanların dozalanmasi kalorilərlə göstərilsin

4-08-2016, 17:15 Baxış: 551
Reseptdə dərmanların dozalanmasi kalorilərlə göstərilsin
 
 
Aydın ƏLİYEVTibb üzrə fəlsəfə doktoru

Dünyadakı bütün canlıların hamısı yalqız enerji ilə yaşayır. Enerji qurtardıqda isə həyatları dayanır. Bu isə özünü iki reaksiya ilə göstərir; oyanma (enerji artır) və ləngimə (enerji zəifləyir).
Oyanma və ləngiməreaksiyalarında da müvafiq kimyəvi maddələr və fiziki yüklər iştirak etməklə insanda biofiziki, biokimyəvi və bunlara da uyğun psixobiofunksional fəaliyyətlər baş verir. Bu iki reaksiya müvafiq ion və enerjilərin dəyişməsi ilə yaranır. Normada dünyada canlı aləmdə başqa reaksiyalar yoxdur. 
Bunları nəzərə alaraq, 2014-cü ildə "Gündəlik teleqraf”, "Millət” saytlarında, o cümlədən "Millətim” qəzetində təhsil və tibb sahəsində dünya elmində ilk dəfə olaraq ion-enerji faktina əsaslanmaqla oyanma və ləngimə reaksiyalarını nəzərə alaraq elmi fəaliyyətimizi qurmaq haqqında məlumatlar vermişdik. Yəni, hələ orta məktəbdən belə, həyatın bu iki reaksiya arasında özünü biruzə verməsinin və dəyişməsinin ion-enerji  nəzəriyyəsi ilə əlaqəsini şagirdlərə izah etməyin əhəmiyyətini göstərmişdik.  Bizim bu ideyadan təqribən 3 il sonra  "Strateq.az” saytında verilmiş məlumata əsasən, Avstraliya alimləri insan beyninin hərarətini ölçmək üçün cihaz hazırlayıblar.
Tibb üzrə isə - dünya tibb elmində ilk dəfə səslənən ayrı-ayrı orqanların hərarətinin ölçülməsinin əhəmiyyətinin izahını vermişdik. 
Bu gün isə müalicə zamanı istifadə edilən dərmanların dozalanmasının daha effektiv, daha düzgün forması ola biləcək variantını dünya tibb elminə ən yeni əsaslanmış ideya olaraq təqdim edirik.
Yəni, dərmanların dozası qramlarla deyil, onların orqanizmdə törədə biləcəyi farmakoloji effektlərinə sərf etdikləri enerji-kalori ilə göstərilsin. Reseptdə həkim aspirini 0.5 qramla deyil,dərmanın nə qədər enerji verdiyi  kalori ilə yazsın. Məsələn, aspirin-0.25 (10 kkal.). Çünki ayrı-ayrı orqanlarınsaglam və xəstəlik zamanı hərarətlərini ölçə bilsək, onda dərmanların da həmin hərarəti normaya qədər dəyişə biləcək farmakoloji effektlərinə sərf olunan enerji-kalorilərlə dozalanmasını təyin etmək ən düzgün olardı. 
Canlı orqanizmə dərman təyin etdikdə orqanlarda həmin dərmanın təsirindən baş verən enerji dəyişikliyinin məgər əhəmiyyəti yoxdur? Mütəxəssislər dediyimiyəgin ki, başa düşdülər.
Sadə məişət misalı çəkim. Yemək hazırlayarkən enerjinin artırılıb-azaldılması da həmin prinsipə əsaslanır. 
P.S.Təəssüfləndirici isə odur ki, ideyalar Şərqdən gəlir, Qərb və xristian dünyası isə öz adından çıxış edərək, bundan reklam və elmin inkişafı üçün istifadə etməklə dünyaya haqlı olaraq ağalıq edirlər. Çünki onlarda "mənim və mənimki olsun” ideyaları dövlət və milli xarakter daşıyır.