Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

SİNAN OĞAN üçün O AN!

17-05-2016, 17:08 Baxış: 2 025
SİNAN OĞAN üçün O AN!
Vüsal LƏNBƏRANLI
Qardaş Türkiyənin Milliyətçi Hərəkat Partiyasında son zamanlar ciddi bir titrəyiş yaşanır.
Cənab Devlet Baxçalının rəhbərliyi altında MHP get-gedə nüfüzunu itirməkdə davam edir. 7 iyun 2015–ci ildə parlament seçimlərində isə MHP başqanı bir çox yalnış adaylarla həmçinin Sinan Oğan, Meral Akşener kimi nüfuzlu partiya yönəticilərini listəyə daxil etməməsi böyük yalnış idi və böyük yalnış 7 iyun seçimlərində özünü açıqca göstərdi.
Təxminən 15 milyondan yuxarı elektrota sahib olan milliyətçilər, milyonlarla seçmənini hakim AKP–yə müxalif CHP və HDP–yə kapdırdı.
Bu ard-arda seçki məğlubiyyətlərindən sonra MHP-də etirazlar alçaq səslə eşidilməyə başladı. Son seçki - 2011 seçkilərində MHP-də ən çox səs alıb, milət vəkili seçilən Sinan Oğanın listədən uzaq tutulması əlbəttə ki, Sinan Oğana qarşı böyük haqsızlıq idi. Bu haqsızlıqlara, məğlubiyyətlərə, yalnış siyasi qərarlara, meydan mitinqlərindən salon mitinqlərinə keçən MHP başkanına qarşı demokratik və qanuni addımlarla müxalif bir lider kimi meydana Sinan Oğan atıldı. Sinan Oğandan sonra Meral Akşener, Koray Aydın, daha sonra Ümid Özdağda Dövlət Baxçalının istefasını tələb etdilər və özlərinin başkanlığa namizədliyini irəli sürdülər.
MHP yarandığı gündən Azərbaycana, Türk dünyasına ən yaxın partiya olmuşdur. MHP –nin sədr müavini vəzifəsinə qədər yüksəlmiş Azərbaycan türkləri vardır.
Devlet Baxçalının muavini Atilla Kaya Azərbaycan türküdür. Türk dünyasının ən çox milliyyətçilərinin birləşdiyi partiya olan MHP bu gün hər bir turan milliyətçisi üçün bir ümiddir bir işıqdır. MHP-də proseslər onu göstərir ki, bu partiya qurultaya gedəcək və özünə yeni genel başkan seçəcək. Azərbaycan türkləri istər sosial şəbəkədə, istər qəlbən, istər maddi, istər mənəvi olaraq kimi dəstəkləməlidir? Mənə elə gəlir ki, hər bir namizəd layiqdır liderliyə, millətçilərin pisi yoxdu. Ancaq yaşına, zəkasına, mübarizliyinə, eyitiminə, keçmişinə baxanda böyük turan fanatı olan Sinan Oğan liderliyə daha çox yaraşır. Əslən İğdırdan olan, Araz çayı sahillərindən uşaq yaşlarından böyük turan uğrunda mübarizəyə qoşulan bu insan, Qarabağ savaşında qarabağlı, Güney Azərbaycan məsələsində təbrizli, Krım tatarlarının məsələsində krımlı, uyğur türklərinə edilən zülümdə uyğurlu, İraq türkmənlarinin soyqırıma məruz qalmasında türkmən oldu.
Hər bir Türk faciəsinə həmin insanlarla bərabər üzüldü, bütün TV proqramlarda, beynəlxalq arenada, sosial şəbəkədə, qəzetlərdə, məclis kürsüsündə qarabağlı kimi, uyğurlu kimi, türkmən kimi, bir bozqurd kimi türkü Türkiyəni, Azərbaycanı, Türk dünyasını müdafiə etdi.
Bu gün Macarıstandan tutmuş Yakutiyada yaşayan türklərə qədər 300 milyonluq bir türk millətini savunan və MHP-də başkan olub daha sonra hakimiyyətə gəlib türk dünyasının acısı, göz yaşını silməyi özünə bir məqsəd seçən bu insane qəlbimizdəki türklük duyğusu ilə dəstək olmalıyıq.
Hər birimizin bir sevdasına, bir amalına, bir məqsədinə çevrilmiş Türk dünyasının birliyi olan böyük TURAN mənə elə gəlir ki, Türkiyədən Sinan Oğanla başlanan bir hərəkatla daha tez mümkün olacaqdır.
Bütöv Azərbaycan deyən, Turan deyən hər bir türk MHP-nin, Sinan bəyin yanında, arxasında olmalıdır.