Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Tək başına...

20-05-2016, 18:36 Baxış: 610

Tək  başına...

 

Nübar LƏTİFLİ


(Xərçəng xəstəlikləri ilə mübarizə aparanlar üçün)

Tək başınayam... Xəstəxana otağında. Hər tərəf ağ boyanmış, divarlar ağ, tavan ağ, yatağım ağ, yastığım- döşəyim ağ. Sanki hazırlayırdılar məni ağ kəfənə...

Tək başınayam... Çətindəyəm, dardayam. Sanki doğulandan bu yaşıma qədər tək yaşamışam bu dünyada mən. Dağ başında Mauqli olmuşam, insanlardan başqa hər şey məni anlayıb. Kimsəsiz adaya düşən Robinzon Kruz olmuşam. Kimsəyə səsim çatmır, heçkimə əlim yetmir. Kim olmuşam mən axı???

Hanı məni əzizləyən ailəm? Hanı məni dünyaya gətirən anam? Həyat qısadır, mənasızdır biz insanlar üçün. Insanın özünə gəldikdə isə fərsiz, hətta şərəfsiz. Ağrılarım çox ağır, xəstəliklər bizə görə amansızdır. Bizə görə  qansız olur ölümlərimiz. Vaxtsız olur bizə görə...

Tək başınayam... Xəstəxana otağında tək başına. Xəstəliklə tək başına. Çox ağır bir mübarizəm var. Mən isə öz mübarizəmlə, ətrafıma yığılıb boşalan insanlarla, ağrılarla- sızılarla tək- tənha... Ətrafımda hamı məni ələ alır, boş- boşuna təsəlli verir. Reallıqda isə sanki hamı məni ələ salır. Çıxılmaz bir quyudan çıxacağıma inandırır, yaşamağıma inandırır, bu ölümün pəncəsindən qurtulacağıma inandırır. Mən ətrafımda baş verənlərə sadəcə gülürəm, hamıya baxaraq gülürəm... Həqiqətin gözlərinə baxanda isə mən ölürəm. Ölümümdə tək başıma baş verir...

Ətrafımda çox insan var. Amma məni hiss edən kimsə yox, ürəyimdən keçənləri oxuyan kimsə yox, etdiklərimə və etmədiklərimə görə peşman olduqlarımı bilən kimsə yox. Hanı məni ərkəsöyün böyüdən atam? Hər an nəfəsiylə, maddi və mənəvi mənimlə olan insan. Hanı mənə əzizim deyən əziz bildiklərim? Hanı birgə oynadığım, güldüyüm, danışdığım, sevgi dolu baxdığım, öpdüyüm, sarıldığım??? Hətta hanı baxça vaxtı dəcəllik etdiklərim. Hanı məni sevməyə- sevməyə, hətta bəzən paxıllıq çəkərək guya sevirmiş kimi göstərən qohumlarım? Indidə paxıllıq edirsizmi tökülmüş saçlarıma, sistemlərdən şişmiş üzümə, cılızlaşmış əzəzlələrimə? Hanı mənim sirr verdiyim dostlarım, qardaşlarım, bacılarım? Indi verməyə nə sözüm var, nə sirrim. Bir çarəsiz xəstəliyimdən başqa.

Nə oynaya bilmirəm, nə gülə, nə ağlaya. Tək başınayam, tək başına!!!

Bütün hisslərimi öldürmüşəm, sanki hamı məni yox mən hamınını itirirəm. Heç kəs məni anlamır, son anlar yaşadığımı duymur və ya mənə ölümü yaraşdırmırlar.  Mənim isə hər şeyə hazır  mənliyim, onlara təsəlli verən iradəm, bir də yalançı təbəssümüm var yanımda. Əlbəttə qoyub gedəcəyim yaxşılıqlar və pisliklərdə unudulmamalı... Və bir də can alan Mələk. Heç Tanrıda yoxdur yanımda. Tək başınayam...

Ümidsiz, çarəsiz, və üzgün insanlarla...