Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

İnternet-asılılıq nədir?

23-05-2016, 01:59 Baxış: 509
İnternet-asılılıq nədir?

Reyhan Mirzağayeva,
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
  

Həyatda ziyanlı heç bir şey yoxdur, ziyanlı həcm var/ D. Mendeley
İnternet- asılılıq (ingiliscə: Internet аddiction) – psixi pozuntu olmaqla daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır.
İnternetdən asılılığın beş tipi mövcuddur:
1. Oyun asılılığı;
2. Virtual tanışlıqlar və ünsiyyət;
3. Təkrarlanan veb-sörfinq – İnternet saytlara səyahətdir, bir linkdən (sürgündən) başqasına məqsədsiz keçid;
4. Kberseksual asılılıq – porno saytlara daimi baş çəkmə və virtual sekslə məşğuliyyətə cəhddir;
5. Maliyyə-ticarət asılılığı – internet mağazaları vasitəsilə lazımsız alış-veriş etmək ehtiyacıdır.
İnternetdən asılılığının  əlamətləri bunlardır: 
- Elektron poçtun tez-tez yoxlaması;
- Vaxtın hiss edilməməsi, nə vaxt ki, insan kompüter arxasındadır;
- Real həyatdaki ünsiyyətlə müqayisədə on-line ünsiyyətiə üstünlüyün verilməsi;
- Şəbəkədə uzun müddət qalmağa görə ailənin və dostların şikayətləri;
- Qeyri-müntəzəm qidalanma, kompüter monitorunun qarşısında yemək;
- Qıcıqlanmalar, əhval-ruhiyyənin korlanması;
- İnternet-asılılığın mövcudluğunun inkarı. 

İnternet-asılılıq yalnız insanın psixikasına zərər vermir, onun sosial- ictimai durumuna da mənfi təsir edir, həmçinin fiziki sağlamlığı pozur. 

İnternet-asılılıq nəticədə sosial statusu zədələyir, ailədə daimi münaqişələrə səbəb olur, pul borcları yaradır;
İnternetdən asılı vəziyyətə düşənlərin əksəriyyəti yeniyetmə və gənclər olduğuna görə onlar özləri problemə daha diqqətli olmalı və düzgün münasibət göstərməlidirlər.
Bəs, valideylər nə etməlidirlər?
* Valideynlər ilk növbədə uşağın hər bir stressli, agressiv, qeyri-normal davranışına sakit, aqressiyadan uzaq şəkildə münasibət göstərməlidir.
* Öz yeniyetməlik dövrünü yada salmalı, başa düşməlidirlər ki, bu qədər böhranlı zamanda uşaqlar öz şəxsiyyəti ilə identifikasiya olmağa çətinlik çəkir.
* Uşaqla dost olmaq, onunla valideyn kimi yox, mehribanlıqla, səmimiyyətlə, sirdaş kimi davranmaq lazımdır.  
* Başqa sözlə, uşağın hissləri ilə maraqlanmaq, problem yarananda tənbeh etməmək, günahlandırmamaq, hisslərini öyrənmək vacibdir.
* Əgər yaxınınızda internet aludəçi varsa, onu psixoloqa yönləndirmək faydalı olar.