Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Bizim Mingəçevir

24-05-2016, 16:55 Baxış: 606

Bizim Mingəçevir

 


Vüsal LƏNBƏRANLI


Azərbaycanın regionlarında müşahidə olunan dinamik inkişaf, bölgələrə göstərilən dövlət qayğısı, şəhərimizin timsalında aydın görünməkdədir. Yeni istehsal sahələri yaradılır, mövcud müəssisələrdə yenidənqurma işləri aparılır, sosial təyinatlı obyektlər inşa edilir, xidmət sahələrinin müasirləşməsinə xüsusi diqqət verilir.Statistik rəqəmlərlə bu işlərə sadalasaq görərik ki,həqiqətəndə son illər Mingəçevir özünün əsil intibah dövrünü yaşayır.Biz gənclər şəhər rəhbərliyinin gördüyü bu gözəl işləri daima işıqlandırmalıyıq,atılan hər bir gözəl addımda ona dəstək olmalıyıq.

Son 4 ildə Mingəçevir şəhərində böyük işlər görülüb, küçələr genişləndirilib, asfaltlanıb, işıqlanma dirəkləri quraşdırılıb, səkilər yenilənib, yaşıllıqlar salınıb, "Sahil”, "Dostluq”, "Heydər Əliyev”, "Füzuli” parkları yenidən əsaslı şəkildə qurulub, cürbəcür ağaclar və bəzək kolları ilə bəzədilib, müasir uşaq əyləncə avadanlıqları ilə təchiz edilib.

Şəhərdə Beynəlxalq yarışların məkanı olan "Kür” Olimpiya Tədris İdman Mərkəzi əsaslı surətdə yenidən qurulub. "River Side”, "Ağsaray”, "Kür”, "Səməni” otelləri tikilib və şəhərdə turizm sahəsi inkişaf etdirilib.

Şəhərdə 1 universitet, 2 kollec (Turizm və Tibb kollecləri), 1 peşı məktəbi, 22 orta ümumtəhsil məktəbi, 21 dövlət və 1 özəl uşaq bağçası fəaliyyət göstərir. Şəhərdə abadlıq-quruculuq işləri ilə yanaşı işsizliyin aradan qaldırılması üçün tədbirlər görülür.

Əvvəldən fəaliyyət göstərən sənaye müəssisələrindən (Az.İES, SES, Maşınqayırma, İzolit, "Azneftemaş”, Azərkabel, "Kür kompüter avadanlıqları”ASC-lərdən) başqa yeni sənaye parklarının da açılması planlaşdırılır.

Ötən il ölkə Prezidentinin sərəncamı ilə "Toxuculuq kombinatı”ASC-nin ərazisində (14,8 ha ərazi) yeni 5 sənaye parkının salınması haqqında qərar verilmişdir. Həmin ərazi sökülüb və yerində ilkin olaraq Trikotaj fabrikinin əsasının qoyulması üçün işlər aparılır. Bundan əlavə yüksək texnologiyalar parkının salınması üçün şəhər Bələdiyyəsi tərəfindən 3 ha torpaq sahəsi ayrılıb. Bütün bunlar gələcəkdə əhalinin işlə təminatı məsələləri üçün planlaşdırılır.

Ötən il şəhərin kənar hissəsindən keçən Samux küçəsi 6 km-ə yaxın yol yenidən qurulub, çimərlik yolu asfaltlanıb və bütün yol boyu işıqlandırma dirəkləri qurulub.

2015-ci ilin mart ayından şəhər Mərkəzi Xəstəxanası əsaslı təmir edilərək istifadəyə verilib. Şəhərdə Heydər Əliyev Mərkəzi, Gənclər evi tikilib istifadəyə verilmişdir.

4 məktəb, 2 uşaq bağçası əsaslı təmir edilib, hazırda 3 məktəbdə əsaslı təmir işləri aparılır.

Şəhərdə 102 mindən çox əhali, 20400 nəfərdən çox məcburi köçkün yaşayır. Qeyd olunmalıdır ki, bu və digər problemlərin həlli vəziyyəti daim Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzarətindədir.

Bu ili də uğurla başa vurmaq üçün hər birimiz aparılan abadlıq və quruculuq işlərində yardımçı olmayılıq və görülən işlərə dəstək verməliyik.

 

Bizim Mingəçevir
Bizim Mingəçevir
Bizim Mingəçevir
Bizim Mingəçevir
Bizim Mingəçevir
Bizim Mingəçevir
Bizim Mingəçevir