Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Alber Camyunun “YAD” əsəri

24-05-2016, 17:36 Baxış: 374
 Alber Camyunun “YAD” əsəri
 

Nübar LƏTİFLİ 

Hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir. İnsan madam ki, öləcək bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur...

1942-ci ildə qələmə alınmış əsər əslində bütün dövrləri əhatə edirdi. Yadlaşma dünya yaranandan insanlar arasında başlayan və indiki dövrdə daha da artan bir vəbadır. Albert Camus bu problemi elə incəliklə təsvir edib ki, hadisə baş verən yer bir müsəlman ölkəsi, yaşayan şəxs isə Fransa kimi qatı xristian ölkəsindən gəlmiş, lakin heç bir dini inancı olmayan bir insandır.

"Yad” şəxsiyyət və xarakter olaraq çox anlaşılmaz, nə sərbəst kimi sərbəst olan, nə də qapalı kimi qapalı bir şəxsdir. Anasını güzəranı aşağı olduğundan ahıllar evinə yerləşdirən "Yad” öz "cənnət”inə belə yadlaşır. Anasının ölüm xəbəri və dəfni ona çox pis təsir edir. Lakin bu yadlaşma o qədər çox olur ki, cəsədi görmək istəməyəcək qədər xaraktercə anlaşılmaz birinə çevrilir. Bəlkə də bir xristian olaraq indiki halda adi qarşılanacaq vəziyyətdir. Amma əsərin yazıldığı vaxtlarda xristian ölkələrində də müəyyən dəyərlər və istilik var idi.

A.Camus sanki bu "Yad”ı ilə indiki və getdikcə daha çoxalan özünə yadlaşmanı təsvir etmişdir. Anasının dəfnindən qayıdandan sonra qəhrəmanımızda heç nə olmamış kimi biganə bir həyat başlayır. Evliliyə belə heç bir fərqi yoxmuş kimi yanaşır, Mariyə- "Sən evlənmək istəyirsən evlənək.”- deyən Yadın özünə qarşı biganəliyi üzə çıxır və yazar əsərdə bütün ətrafında olan insanları elə Yad xarakterli insanlar olaraq seçir. Qonşuları Salamonun itinə qarşı, dostu Raymon öz sevgilisinə qarşı dəyişik, anlaşılmaz münasibət göstərirlər.

Əsas hadisələr və cinayətkar Yadın əslində elə insan həyatına qarşı biganə olması ikinci hissədə məhkəmə zalında verdiyi cavablar və ya susmaqlar əsasında üzə çıxırdı. Lakin birinci hissədə dostu Raymonu müdafiə üçün Yadın onun silahını təslim alması və sonra dostu üçün qeyri-ixtiyari açılan atəç artıq Yadın içindəki əsl istiliyi üzə çıxarırdı.

Əsəri oxuduqca özümü bəzən elə xarakterə sahib insan olaraq arzuladlğım və dəyişməyə çalışdığım, həyata elə önəmsizcəsinə baxmaq, bu günü varı sabahın yoxu imiş kimi yaşamaq, hətta ən qatı dindarın belə edə bilməyəcəyi bir şeydir. Dünya gənc olan Merso üçün o qədər də önəmli deyildi. Müsəlman ölkəsində etdiyi hərəkətin cəzası ölüm idi və veriləcək cəzanı gözləyirdi. Son görüşdüyü insan xristian olduğu üçün göndərilən keşiş oldu ki, ona da Yad bir xarakter sahibi olaraq Allaha inanmadığını dedi və nə rahib, nə də onunnAllahı belə onu bu həyata belə inandıra, axirətə görə yaşamalı olduğunu anlata bilmədilər. Edama hazırlaşan bir insanın , həm də Yad bir gəncin arzusu:

"...Hər şey başa çatsın deyə, bu cür tənha olmayım deyə , bircə onu arzulamaq qalır ki, edam günümdə daha çox tamaşaçı yığılsın və qoy onlar məni nifrət sədaları ilə qarşılasınlar.”