Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

AZ.TV-nin musiqi dünyası

24-05-2016, 18:40 Baxış: 1 145
 AZ.TV-nin musiqi dünyası

Ayşən MEHDİYEVA
 

İlk yazımda mənim üçün çox dəyərli bir insan, ustadım  haqqında yazmağa cürət etmişdim. Oxucular sağ olsun ki yaxşı qarşılayıb mənə dəstək oldular. Bu gün də Azərbaycan Dövlət Televiziyasının musiqimizdə rolu haqqında qısaca danışmaq istəyirəm. Bunu kimsə fürsət hesab edə bilər, amma belə deyil, sadəcə gördüklərimi, yaşadqılarımı sizlərlə bölüşmək istəyirəm.
Mən ayrılıqda televiziyanın bütün fəaliyyət sahələrindən danışsam, bu, bir yazıya yerləşməz və bəlkə oxuyanlar üçün də çaşqınlıq olar. Ona görə sadəcə musiqimizə aid olan hissədən danışmaq istəyirəm. 
Azərbaycanda televiziyaların yaranması məhz doğma kanalımız olan Dövlət Telviziyasının (AZTV) adı ilə bağlıdır. Bu il hamımlıqla 60  illiyini qeyd etdiyimiz  Dövlət Telelviziyası yarandığı ilk dövrlərdən milli musiqimizin təbliğatçısı, keşikçisi kimi çətin missiyaların öhdəsindən layiqincə gəlib. 
Hələ o dövrdə "Azərbaycan bəstəkarlarının portretləri”, "Ədəbiyyat və incəsənət”, "Azərbaycan ədəbiyyatının klassikləri”, "Görkəmli səhnə ustaları”, "Bakının teatr və konsert salonlarında” və sair bu tipli verlişlər sayəsində xalqımız öz sənətçilərini tanımış, musiqisini dərindən öyrənmiş, görkəmli elm və ədəbiyyat xadimləri ilə qiyabi də olsa tanış ola bilmişdilər.
Doğma kanalımızın "Qızıl fond”unda  bu günə qədər qorunan zəngin irs sayəsində biz bayağı musiqidən uzaq durmağı, musiqimizə kənar müdaxilələrin qarşısını almağı bacarmışıq. Mən inanmıram kimsə deyə bilsin ki, "bəs filan vaxt  AZTV-dən "belə bir”  mahnı gedirdi”... Mümkün deyil, burada hərşey ölçülüb biçilir, ifaçı, musiqi, bəstəkar peşəkarlıqla seçilir- hər bir xırdalığa diqqət yetirilir...
Bir anlıq özümdə düşünürəm, birdən bu belə olmasaydı biz nə edərdik? Mənim kimi onlarla gənc ifaçılar Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Nərminə Məmmədova, İslam Rzayev, Bülbül, Əbülfət Əliyev, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu və başqa adını çəkmədiyim gözəl sənətkarlarımızın ifasını hardan dinləyib yararlanırdı? Bu tarixi xidmətdir və zaman keçdikcə öz faydasını daha çox göstərir.
Son dövrlər xüsusilə son on illikdə musiqimizi təbliği ilə məşğul olan bir-birindən maraqlı verilişlər, müsabiqələr də məhz tamaşaçıların zövqünü oxşayıb və böyük maraqla qarşılanıb. 
Keçirilən muğam müsabiqələrinin yetirmələri olan neçə neçə gənc istedlarımız -mən də daxil olmaqla- müsabiqədən sonra da Televiziyamızdan kənarda qalmayıb və hazırda  biz burada "Azərbaycan Dövlət Televiziyasının solisti” kimi şərəfli bir adla sənət fəaliyyətimizi davam etdiririk. 
Heç kimə sirr deyil ki, bir mahnını yazdırmaq üçün müğənniyə xeyli vəsait lazımdır. Lakin AZTV-nin səs yazma evində bizim üçün məşq etmək, yeni mahnılar yazmaq üçün gözəl şərait var- bütün bunlardan tam ödənişsiz istifadə edə bilirik. 
Mən xanəndə olduğum üçün adətən tar, kamanla məşq edirəm. Lakin səs yazma evində biz ansambla, orkestrlə də müxtəlif məqşlər edirik ki, bizim inkişafımızda əvəzsiz rol oynayır.       
Hal hazırda efirdə yayımlanan "Səhər” musiqi informasiya proqramı, "Muğam dünyamız”, "Ovqat”, "Musiqi xəzinəsi”, "Musiqi mozaikası”, "Yaradanlar, yaşadanlar”, "Bu axşam”, və sair bu kimi baxımlı verlişlər həm insanın yüksək musiqi zövqünün formalaşmasında, həm də intellektinin inkişafında mühüm rol oynayır. Bu verlişlərin hər biri böyük düşüncə və əmək sayəsində ərsəyə gəlir. 
Bizim kollektivlərdə mehribançılıq, doğmalıq var və düşünürəm ki, bunu bizim efirləri izləyən hər bir tamaşaçı hiss edir. 
Hər dəfə efirdən sonra sosial şəbəkələr vaistəsilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızdan məktub alırıq- AZTV-nin musiqi proqramlarını bütün dünya izləyir. 
Sonda biz gənclərə yaratdıqları bu şəraitə görə Azərbaycan Dövlət Televiziyasının rəhbərliyinə təşəkkür edirəm. Məndə bu ailənin bir üzvü oldugum üçün qurur duyuram, cünki bu məktəbdən öyrənəcəklərimiz hələ çoxdur.
Tezis TV Ayşən Mehdiyevanın AZ.TV efirindən oxuduğu gözəl bir parçanı təqdim edir: