Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Azərbaycan ordusunun genişmiqyaslı təlimləri zamanı qoşunların açılma həddinə çıxarılması üzrə tapşırıqlar icra edilib

19-04-2017, 18:12 Baxış: 400
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri zamanı qoşunların açılma həddinə çıxarılması üzrə tapşırıqlar icra edilib Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin növbəti mərhəlisdə qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunların digər bölmələri tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər.
Təlimlərin bu mərhələsinin əsas xüsusiyyəti qoşunların qaranlıq vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir ki, bu da işığı maskalama (gizlətmə) üzrə əlavə tədbirlərin görülməsini tələb edir.
Təlimlərdə əsas diqqət həmçinin tapşırıqların dəqiq və vaxtında icra edilməsi məqsədilə qoşunların hərtərəfli təminatına, komendant və mühəndis xidmətlərinin fəaliyyətinə yönəldilib.