Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

İrəvanda aksiya: “Azərbaycana qarşı müharibə elan etmirik, həm də...”-VIDEO

13-06-2016, 16:56 Baxış: 301

İrəvanda aksiya: “Azərbaycana qarşı müharibə elan etmirik, həm də...”-VIDEO

Ermənistan parlamenti qarşısında Ermənistan–Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına etiraz aksiyası keçirilir.

Tezis.az Ermənistan mediasına istinadən xəbər verir ki, hazırkı dəqiqələrdə parlamentinin növbədənkənar sessiyası keçirilir.

Sessiyada Ermənistan–Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına dair razılaşma da müzakirə ediləcək.

Məlumata görə, aksiyada yüzə yaxın insan iştirak edir. Onlar əllərində "Biz nə havamızı, nə də torpağımızı verməyəcəyik”, "Biz Permyakovların ordusuna etibar etmirik, biz erməni ordusuna etibar edirik”, "Xəyanətin növbəti addımı” şüarları yazılan plakatlar qaldırıblar.

Aksiyanın iştirakçılarından biri olan Tiqran Xzmalyan jurnalistlərlə söhbətində qeyd edib ki, sazişin imzalanması ilə Ermənistan hədəf olacaq. "Sazişin imzalanması səhv addımdır, xəyanətdir. Bu razılaşmanı imzalamaqla biz yalnız Azərbaycana deyil, bütün dünyaya müharibə elan edirik”, - Xzmalyan deyib.

Onun sözlərinə görə, bu razılaşma ilə Ermənistanın gələcəyi sakit şəkildə Rusiyaya satılacaq.


Tezis.Az