Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Qarabağda məcburi səfərbər edilən ermənilərin ŞOK SİRRİ

17-06-2016, 11:38 Baxış: 348

Qarabağda məcburi səfərbər edilən ermənilərin ŞOK SİRRİ

"Qarabağda insanlar torpağı qorumaq üçün yox, Ermənistan baş nazirinin əkin sahələrini müdafiə etmək üçün səfərbər olunurlar”.

Tezis.az xəbər verir ki, bu barədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə yerləşdirilən ermənilərdən biri Suzan Simonyan "Qraparak” qəzetinin müxbirinə deyib.

Erməni qadın deyib ki, heç kim qorxusundan problemi dilə gətirə bilmir.

"İnsanlar hərbi polisin müşayiəti ilə postlara aparılır. Onlar həm postlarda olur, həm də cüzi pul miqdarında işləməyə məcbur edilirlər”, - deyə sakin bildirib.

Qondarma "DQR” hökuməti isə deyilənləri təkzib edib. Bildiriblər ki, Baş nazir torpaq sahələrinə malik deyil. Sadəcə olaraq ona məxsus şirkət "Kənd təsərrüfatına kömək” fondu tərəfindən istifadə olunan ərazilərdə əkinlə məşğuldur: "Baş nazir də fondun ərazilərinə baş çəkərkən, insanlar elə bilir ərazilər onundur”.

Lakin qəzet yazır ki, insanlar israrla bu ərazilərin Baş nazirə məxsus olduğunu deyirlər.

"Biz bu fond haqda eşitmişik, lakin işlərini fond adı altında görürlər. Əgər həqiqətən də unun qiyməti 50 dram (0,1 dollar) olsaydı, biz buna inanardıq. Lakin unun qiyməti 5000 dramdır (10 dollar). Bunun nəyi kənd təsərrüfatına köməkdir? Hər kəs yaxşı bilir ki, bütün bu sahələr, hətta mağazalar belə baş nazirindir. İnsanları səfərbər edərək, postlara aparırlar, sonra da onları bu sahələrdə işləməyə məcbur edirlər”, - deyə ermənilər bildirir.