Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Qarabağda xidmət edən 4 zabit tutuldu

17-06-2016, 13:09 Baxış: 299

Qarabağda xidmət edən 4 zabit tutuldu

Ermənistanda 4 zabit hərbi polisin əməkdaşına hücum edib. Tezis.az  Ermənistan KİV-nə istinadən bildirir ki, İstintaq komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, insident iyunun 15-də Vardenisdə qeydə alınıb. Hərbi polisə hücum edənlər saxlanılıblar, barələrində cinayət işi qaldırılıb.
"Aykakan jamanak” qəzetinin yaydığı məlumata görə, saxlanılan zabitlər Qarabağdakı separatçı rejimin hərbi hissəsində xidmət edirlər. Bunlar mayor Ara Zaxaryan, leytenant L.Saakyan. baş leytenant K.Martirosyan və leytenant T.Anaxasyandır.

Məlumatda qeyd edilir ki, hərbi polisin əməkdaşı Andranik Matevosyan zabitlərin olduğu avtomobili saxladıb. Bu, onların xoşuna gəlmədiyindən mübahisə düşüb. Nəticədə zabitlər hərbi polisin əməkdaşını döyüblər, o, xəstəxanaya yerləşdirilib.

 Bundan əlavə, zabitlər saxlanılan zaman hərbi polisin əməkdaşları Ara Zaxaryana da güc tətbiq edərək, onun əllərini bağlayaraq vurublar. O da xəstəxanaya yerləşdirilib.