Bakı 15° C Temperatur

72

8m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

ATƏT CƏBHƏ XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİB

7-03-2018, 10:30 Baxış: 144
ATƏT CƏBHƏ XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİB
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
Azərbaycan MN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.