Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Düşmən kəndimizi atəşə tutdu: ciddi ziyan... - Foto

29-05-2018, 18:53 Baxış: 402
Düşmən kəndimizi atəşə tutdu: ciddi ziyan... - Foto
Ermənilərin açdığı atəş nəticəsində kombayna 10-dək güllə dəyib.
APA xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Əbdülrəhmanlı kəndi ərazisində atəşə tutduğu kombaynı idarə edən Veysəlli kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Taleh Kamandar oğlu bildirib ki, taxıl zəmisində biçin işləri aparan zaman ermənilərin atəşinə məruz qalıb. Sürücü güllələrdən qorunmaq üçün nisbətən təhlükəsiz əraziyə çəkilə bilib. Lakin ermənilərin atdığı güllələr texnikaya ziyan vurub. Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub. Xəsarət alan yoxdur.
Kənd təsərrüfatı texnikasına ziyan dəyib.Düşmən kəndimizi atəşə tutdu: ciddi ziyan... - Foto
Düşmən kəndimizi atəşə tutdu: ciddi ziyan... - Foto