Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

DANA özüyeriyən artilleriya qurğularından atışlar keçirilib

14-06-2018, 15:51 Baxış: 227
DANA özüyeriyən artilleriya qurğularından atışlar keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.
Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.
MN-dən verilən məlumata görə, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib. Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.
DANA özüyeriyən artilleriya qurğularından atışlar keçirilib
DANA özüyeriyən artilleriya qurğularından atışlar keçirilib
DANA özüyeriyən artilleriya qurğularından atışlar keçirilib