Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Nalbandyan Peterburq görüşü ilə bağlı hesabat verdi

30-06-2016, 16:48 Baxış: 292
Nalbandyan Peterburq görüşü ilə bağlı hesabat verdi

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyunun 28-də Parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının üzvlərini qəbul edib.

Bu barədə Tezis.Az Ermənistanın "Johovurd” nəşrinə istinadən xəbər verir.

Qəzetin yaydığı məlumata görə, Ermənistan XİN rəhbəri prezidentlərin görüşü ilə bağlı deputatlara hesabat verib.
"İlkin olaraq görüşün iki saat davam edəcəyi bildirilirdi, lakin erməni deputatlar görüşə gecikib və nazirlə görüş müddəti nisbətən qısa olub. Görüş zamanı Nalbandyan deputatlara bildirib ki, Sankt-Peterburqda üçtərəfli görüş zamanı Qarabağa dair heç bir sənəd nəzərdən keçirilməyib. Ermənistan XİN rəhbəri vurğulayıb ki, prezidentlərin görüşündə yalnız təmas xəttində sabit atəşkəs rejiminin təmin olunması müzakirə olunub”.