Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Ordumuzdan Paşinyana dərs: 5 erməni əsgər məhv edildi

27-09-2018, 20:21 Baxış: 139
Ordumuzdan Paşinyana dərs: 5 erməni əsgər məhv edildi
Hazırkı Ermənistan hökuməti və erməni əsgərləri baş nazir Nikol Paşinyan və onun populist çıxışlarının əsirinə çevirilib.
Bu sözləri qoşunların qarşıdurma xəttindəki son vəziyyətlə bağlı açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, son bir həftə ərzində Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusunu məhv edib, bir neçə əsgəri isə ağır yararlayıb: "Həmişəki kimi qarşı tərəf yalnız Ermənistandan olan 3 çağırışçının adını rəsmi olaraq bəyan edib.
Digər 2 nəfər isə Qarabağdan hərbi xidmətə çağırıldığı üçün onların adları gizlədilib.
Azərbaycan Ordusunun əsgərləri Paşinyan və onun kimi digər cinayətkarların səsləndirdiyi sərsəm bəyanatlara cavab verir və verməyə də davam edəcək”.
Polkovnik vurğulayıb ki, bunlar hamısı Azərbaycan Ordusunun gücünü göstərir: "Bu, Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha sübut edir.
Əminəm ki, bundan sonra Paşinyan və onun kimilər nə qədər ki, sərsəm bəyanatlar səsləndirəcək, o vaxta qədər də təmas xəttindən erməni əsgərlərinin leşini yığmaqla məşğul olacaqlar”.