Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Pakistanda “Yaşasın Azərbaycan” sədaları

24-03-2019, 18:25 Baxış: 58
Pakistanda “Yaşasın Azərbaycan” sədalarıXəbər verdiyimiz kimi, martın 23-də İslamabad şəhərində Pakistan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib.
Paradda Pakistan Ordusunun bölmələri ilə yanaşı, Azərbaycan Ordusunun bir piyada bölməsi tribuna önündən keçərkən Pakistan dövlət rəhbərliyi ayağa qalxaraq heyəti salamlayıb.
Paradın aparıcısı Azərbaycan dilində "Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan - Pakistan dostluğu!” ifadələri ilə ordumuzun hərbçilərini təqdim edib.