Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Azərbaycan Ordusu gücünə görə Cənubi Qafqazda 1-ci yerdədir

29-03-2019, 14:46 Baxış: 36
Azərbaycan Ordusu gücünə görə Cənubi Qafqazda 1-ci yerdədir
Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.
Bu barədə "Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda bildirilib.
Təşkilatın 2019-cu il üzrə siyahısında Azərbaycan Ordusu gücünə görə 52-ci yeri tutub. Cənubi Qafqazın digər ölkəsi Gürcüstan dünyada 85-ci sırada qərarlaşıb, Ermənistan isə 96-cı yerdədir.
Dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələridir.
Hərbi gücünə görə, Rusiya 2-ci, Çin 3-cü, Hindistan 4-cü, Fransa 5-ci, Yaponiya 6-cı, Cənubi Koreya 7-ci, Böyük Britaniya 8-ci sıradadır. Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu güclü ordusudur.
Türkiyə ordusu NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir.
İlk onluğa daxil olan sonuncu ölkə isə Almaniyadır.
İran isə siyahıda 14-cü yeri tutub.
137 ölkənin daxil olduğu siyahıda sonuncu yerdə Butandır.