Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Qəzaya uğrayan MiQ-29 haqda bilmədikləriniz - TTX

30-07-2019, 17:53 Baxış: 31
Qəzaya uğrayan MiQ-29 haqda bilmədikləriniz - TTXAzərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması bu qırıcını yenidən gündəmə gətirib.
 MiQ-29 təyyarəsi ilə bağlı məlumatları təqdim edir:
MiQ-29 Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir.
1970-ci illərdə konstruksiya olunmuş bu qırıcı ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb.
Təyyarənin ilk uçuşu 1977-ci ildə həyata keçirilib.
İlk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilib. Hazırda dünyanın 30-dan çox ölkəsi MiQ-29-dan istifadə edir.
Bunların arasında Azərbaycan, Rusiya, Hindistan, Əlcəzair, İran, Hindistan, Yəmən, MDB ölkələri, Serbiya, Polşa, Peru, Malayziya və s. var.
MiQ-29-un silahlanmasına iç dayaqlarda daşına bilən, orta məsafəli hava tipli Vympel R-27, idarə edilməyən bomba və raketlər daxildir. Bundan əlavə, MiQ-29 yaxın məsafəli döyüşlər üçün effektiv atış uzaqlığı 1200–1800 metr olan, əksər Sovet hərbi təyyarə və helikopterlərində quraşdırılan QŞ-301 tipli aviatopla təchiz edilib. Təyyarənin 1 ədədinin qiyməti 11 milyon dollardır. 2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29M döyüş təyyarəsi, həmçinin Mi-24 helikopterləri alıb. Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Hərbi Hava Qüvvələrimizin MiQ-29 və Su-25 döyüş təyyarələri modernləşdirilib və Belarusun "Müdafiə Təşəbbüsləri” müəssisəsi tərəfindən hazırlanan "Talisman” Gövdə Müdafiə Kompleksi (GMK) ilə də təchiz edilib.
Dəqiq ümumi say açıqlanmasa da, Azərbaycanın Ukrayna və Belarusdan onlarla MiQ-29 qırıcısı aldığı bildirilir.
Bəzi ekspertlər MiQ-29-larda tez-tez problemlərin yaşandığını bildirirlər.
Xatırladaq ki, 2008-ci il yanvarın 29-da da Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.
Təyyarənin ümumi parametrləri: Uzunluğu: 17,37 m Qanad qolayı: 11,4 m Hündürlük:
4,73 m Qanadının sahəsi:
38 m2 Boş çəki:
11,000 kq Yüklü çəki:
16,800 kq Maksimal qalxma çəkisi:
21,000 kq Uçuş keyfiyyətləri:
Uçuş məsafəsi:1,430 km (daxili yanacaq çənləri tam dolu olduqda) Maksimal uçuş məsafəsi: 2,100 km
Uçuş hündürlüyü: 18,013 m
Yüksəkliyə qalxma sürəti: başlanğıc 330 m/s; orta 109 m/s 0–6000 m
Maksimal sürəti:Mach 2.25 (2400 km/s)
Alçaq uçuşlarda: Mach 1.25 (1500 km/h)
Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Hərbi təyyarə Xəzər dənizinə düşüb.
Hazırda təyyarənin axtarışları davam etdirilir.