Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Azərbaycanın Xorvatiyadan aldığı yeni silahın - Özəllikləri

15-08-2019, 10:02 Baxış: 46
Azərbaycanın Xorvatiyadan aldığı yeni silahın - Özəllikləri
Azərbaycan Dövlət Sərhəd Xidməti Xorvatiya istehsalı olan yeni snayper silahı alıb. Trend-in məlumatına görə, Maks M-4 snayper silahı 12.7x 99 mm çaplıdır.
Silah 2500 metrlik məsafədə hədəfi dəqiq vurmaqla məhv edə bilir. Silahın darağı 5 ədəd güllə tutur.
Snayper, həmçinin 12,77 mm-lik partlayan mərmi də ata bilir. 13,55 kiloqram çəkiyə malik olan silahın uzunluğu 1475 mm-dir.
Silahın gülləsinin sürəti 875 m/saniyədir.
Silah Amerika Birləşmiş Ştatlarının istehsalı olan optik nişangahla təchiz olunub. Snayper artıq Dövlət Sərhəd Xidmətinin silahlanmasına daxil edilib və istifadəsinə başlanılıb.