Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

“Mənim köçkün taleyim”-sənədli film çəkilir

6-07-2016, 14:49 Baxış: 470

 

“Mənim köçkün taleyim”-sənədli film çəkilir 

Humanitar Tədqiqatlar İctimai Birliyi 2016-cı ilin may ayından başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə azərbaycanlı məcburi köçkünlər haqqında "Mənim köçkün taleyim” adlı sənədli filmin çəkilişi prosesinə başlamışdır. Bu ilin Oktyabr ayına qədər davam edəcək eyni adlı layihə əsasında işğal olunmuş rayonlardan olan məcburi köçkünlərin tarxçəsi, çətin həyat tərzi və son illərdə onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları əks etdirən sənədli film hazırlanacadır.

45 dəqiqəlik sənədli film işğal olunmuş rayonlar haqqında insanların xatirələrindən, münaqişənin onların həyatına vurduğu maddi və mənəvi zərərlərdən bəhs edəcəkdir. Onların həyatı, şəxsi uğurlarını və işğaldan azad olunacaq doğma torpaqlarında öz həyatlarını necə təsəvvür edəcəklərini tamaşaçıların diqqətinə çatdıracaqdır.

Filmin senari müəllifi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənovun sözlərinə görə təşkilat may ayından etibarən Azərbaycanın müxtəlif rayonlarına səfər edərək, sənədli filmin qəhrəmanı olacaq maraqlı tarixçəsi və həyat tərzi olan məcburi köçkünlərin axtarılıb tapılması işini yekunlaşdırmışdır. Filmin qəhrəmanları arasında yaradıcı insanlar, ahıl qadınlar, döyüş yoli keçmiş məcburi köçkünlər, eyni zamanda müharibədən sonra Bakıda doğulub boya-başa çatmış məcburi köçkün gənclər vardır.

Oktyabrın əvvəllərində filmin Bakı şəhərində təqdimatı keçiriləcəkdir. Təşkilat tərəfindən film yaradıcılarının işini və qəhramanlarının həyatını əks etdirən internet səhifə yaradılmışdır ki, burada məcburi köçkünlərlə bağlı maraqlı sənədli faktlar toplanacaqdır. Film hazır olduqdan və İngilis dilinə tərcümə edildikdən sonra Almaniya, İngiltərə və Belçikada təqdimatı keçiriləcəkdir. Artıq Humanitar Tədqiqatlar İB özünün beynəlxalq partnyorlarını bu barədə məlumatlandırıb və hazırlıq işlərinə başlanmışdır.