Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Təyyarəsi qəzaya uğrayıb

9-12-2019, 10:19 Baxış: 135
Təyyarəsi qəzaya uğrayıb
Azərbaycan Hava Yollarına məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması barədə məlumat yayılıb.
 
Məlumatı "Aviasiya Herald” tirajlayıb.
 
Bildirilir ki, qəza nəticəsində təyyarədəki yeddi heyət üzvü həlak olub.
 
Məlumata görə, An-12 Əfqanıstanın Helmand çayı yaxınlığında, Qarmşir bölgəsindən Əfqanıstanın məlum olmayan digər bir nöqtəsinə yük daşıyırmış. Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski saytımıza açıqlamasında hadisənin 2016-cı ildə baş verdiyini bildirib: "Yayılan məlumatla tanışıq.
 
Bu hadisə 18 may 2016-cı ildə baş verib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ADMAA) hadisə ilə bağlı rəsmi məlumat da yayıb.
 
18 may 2016-cı ildə, Bakı vaxtı ilə təxminən saat 18:30-da Dvayer hava limanından uçuş zamanı qəza baş vermişdi.
 
Təyyarə beynəlmiləl ekipaj tərəfindən idarə olunub.
Heyətə Özbəkistan (kapitan), üç Ukrayna və beş nəfər Azərbaycan vətəndaşı daxil idi. Ekipajın 7 üzvü həlak olmuşdu, iki Ukrayna vətəndaşı olan ekipaj üzvü isə sağ qalmışdı.
 
Bu hadisənin 3 il yarımdan sonra yeni xəbər kimi yayılması təəccüblüdür”.