Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Ermənistan Silahlı Qüvvələri Qazaxın Quşçu Ayrım və Fərəhli kəndlərində yaşayış evlərini intensiv atəşə tutub

18-12-2019, 09:50 Baxış: 65
Ermənistan Silahlı Qüvvələri Qazaxın Quşçu Ayrım və Fərəhli kəndlərində yaşayış evlərini intensiv atəşə tutub
 
2019-cu ilin 17 dekabr tarixində saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən "Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.
 
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
 
Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.