Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Cəlilabadda şəhidlə vida mərasimi başlayıb

Cəlilabadda şəhidlə vida mərasimi başlayıb
Ötən gün Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadənin nəşi doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib.
 
Şəhidin cənazəsini Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri qarşılayıblar.