Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Rusiya Azərbaycanla helikopter satılmasına dair məsələni müzakirə edir

17-03-2020, 14:25 Baxış: 33
 Rusiya Azərbaycanla helikopter satılmasına dair məsələni müzakirə edir
Rusiya Azərbaycanla helikopterlərin satın alınması ilə bağlı məsələni müzakirə edir.
 
Bu barədə "İnterfaks” agentliyinə müsahibəsində Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib.
 
Onun sözlərinə görə, yaxın qonşularla hərbi-texniki əməkdaşlıq kifayət qədər dinamik inkişaf edir.
 
Bu portfelin MDB ölkələri ilə əməkdaşlıq üzrə dəyəri təxminən 2 milyard dollar həcmindədir.
 
Ölkəmizlə əməkdaşlığın davam etdiyini bildirən nazirliyin rəhbəri əlavə edib ki, Azərbaycanla işbirliyi əsasən satışdan sonrakı xidmətin, quru qoşunlarının texnikası üçün xidmət mərkəzinin və Mi-8 ailəsindən olan helikopter texnikasının təmiri mərkəzinin yaradılmasına yönəlib. Bununla yanaşı, . son məhsulun satılmasına dair məsələ müzakirə olunur.
 
D. Şuqayev onu da xatırladıb ki, indi gündəmdə Türkiyəyə əlavə S-400 zenit-raket kompleksi partiyasının satılması dayanır. Hazırda sistemin tərkibi, çatdırılma müddəti və digər şərtlər razılaşdırılır.
 
Həmçinin Türkiyə tərəfinin istehsal prosesində müəyyən iştirakı nəzərdə tutulur.