Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

MN: İtki verən düşmən geri oturdulub, Azərbaycanın 2 hərbçisi şəhid olub, 5 nəfər yaralanıb - VIDEO

12-07-2020, 17:26 Baxış: 118
MN: İtki verən düşmən geri oturdulub, Azərbaycanın 2 hərbçisi şəhid olub, 5 nəfər yaralanıb - VIDEO
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
 
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.
 
Allah rəhmət eləsin!