Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Ermənilərin Qaraqaya yalanı üzə çıxdı

13-07-2020, 16:26 Baxış: 80
Ermənilərin Qaraqaya yalanı üzə çıxdı
 
Ermənilər Tovuz rayonunun Ağdam kəndinin yaxınlığında yerləşən Qaraqaya yüksəkliyinin 2018-ci ilin aprel ayında müşahidə kamerası ilə çəkilmiş görüntüsünü yeni imiş kimi mətbuatda yayımlayıblar.
 
Bu barədə hərbi ekspert Rəşad Süleymanov məlumat yayıb. O bildirib ki, fotonu yeni görüntü kimi erməni mediasına təqdim edən Sam Mayilyan adlı erməni bloger kameranın ekran görüntüsündəki tarixi silməyi unudub.
 
Fotoda işarələnmiş yerə diqqət edəndə görüntünün 2018-ci il aprelin 12-də çəkildiyi aydın görünür.
 
Qeyd edək ki, ötən gün bəzi erməni sosial şəbəkə istifadəçiləri Qaraqaya postunun ələ keçirildiyini iddia etsələr də, Azərbaycan Müdafiə Nazirliyi hər hansı ərazi itkisi olmadığını açıqlamışdı.