Bakı 20° C Temperatur

71

5m/s

  • USD1.7000
  • EUR2,0137
  • RUB0,0220
  • NEFT$40.31
^
XƏBƏR LENTİ

Şəmkirdə Ermənistana məxsus PUA məhv edilib - VİDEO

 
Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
 
Bu barədə "Altaba" Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.
Qovların (Tovuz) yuxarısı Zəyəm çayı üstündən Ermənistan sərhədi ilə Şəmkir arası 25-30 km- dir.
PUA, tam nişangaha götürülməsi üçün bir qədər də əraziyə buraxılır ki necə manevr etmə, hansı ərazimiz, obyektlərimizi düşmənin izləmə fikirini bilib sonra vururlar. Şəmkirin çıxacağı 23 cür küçənin sonunda vurulubsa, demək bu PUA üzü Kür çayı, Şəmkir SES tərəfə uçurmuş. Və bu həddən o tərəfə ordumuz onu buraxmazdı təbii ki.
Ona gõrə PUA-nı izləməyi saxlayıb, vurublar!
Niyə vuran zaman hətta 15 km aralıdakı Zəyəm qəsəbəsində titrəyiş yaradan güclü bir partlayış olub, ola bilsin ki, PUA-da raket, ya bomba olub.
Hər halda, bu hadisə onu gõstərir ki, hətta gecə qaranlıq vaxtı bizim ordunun hava hücumundan müdafiə qüvvələri düşmənin sərhədimizi pozan istənilən uçuş vasitəsini dərhal müəyyən etmək bilgi və bacarığına və eynilə də, ən müasir hərbi texnoloji imkanlara malikdirlər.
Düşmənin PUA- sını nəinki gecə vaxtı sərhədi kəçən andan tam müəyyən etmək, hətta, onu 25-30 km õlkə içinə buraxıb izləyən, onun manevr, texniki imkanları və uçuş məqsəd-hədəfini aydın edəndən sonra istədiyi vaxt və yerdə vurub, zərərsizləşdirməyə qadirdir bizim ordumuz..