Bakı 20° C Temperatur

71

5m/s

  • USD1.7000
  • EUR2,0137
  • RUB0,0220
  • NEFT$40.31
^
XƏBƏR LENTİ

Ordumuza yardım etmək istəyənlərin diqqətinə!

5-10-2020, 16:33 Baxış: 128
Ordumuza yardım etmək istəyənlərin diqqətinə!
Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir.
Altaba.az xəbər verir ki, oktyabrın 4-də cəbhənin Fizuli və Cəbrayıl istiqamətində döyüşən hərbiçilərimizlə görüşüb "Altaba Sosisal Informasiya Agentliyi" olaraq dəstək olduq.
Azərbaycan Müdafiə Nazirliyinin ordu qüvvələrinin bütün ehtiyaclarını təmin etməsinə baxmayaraq, sadə vətəndaşlar da yol kənarında dayanaraq hərbi kalonlara ərzaq, müxtəlif içkilər və digər əşyalar təqdim edirlər.
Biz də onlara əlavə olaraq zəruri ehtiyaclarıyla bağlı yardım etdik:
-100 ədəd qol saatı
-300 ədəd batareya
-300 ədəd çəkələk
-5 ədəd Power Bank
-150 ədəd konservləşdirilmiş qarğıdalı
-Su və digər ərzaq məhsulları

Silahlı Qüvvələrimizə yardım etmək istəyənlərin diqqətinə çatdırmaq istəyirik ki, hazırda onların batareyalara, power banklara, azercell nömrələrə ehtiyacları daha çoxdur. 
Bu haqq savaşında Ordumuza yeni zəfərlər diləyirik.
Ard-arda gələn qalibiyyət xəbərləri tezliklə Qarabağa qayıdacağımıza qəti inam yaradır.
Altaba.az