Bakı 20° C Temperatur

71

5m/s

  • USD1.7000
  • EUR2,0137
  • RUB0,0220
  • NEFT$40.31
^
XƏBƏR LENTİ

Şəhidimizin qəhrəmanlığı - Əsgərlərini qorumaq üçün özünü bombanın üstünə atdı

9-10-2020, 12:35 Baxış: 113
Şəhidimizin qəhrəmanlığı - Əsgərlərini qorumaq üçün özünü bombanın üstünə atdı
 
Sosial şəbəkələrdə hər kəs Zaqataladan milliyyətcə saxur olan şəhid Fəqan Məmmədovun qəhrəmanlığından danışır.
Altaba.az xəbər verir ki, cəbhədəki əsgər yoldaşları Fəqanın qəhrəmanlığından ağız dolusu danışırlar. Şəhidimizin qəhrəmanlıq göstərdiyi döyüş haqqında deyilir:
"Bir qrup Azərbaycan əsgəri erməni ordusunun hərbçilərini mühasirəyə alır və ermənilər uzaqdan ağ bayraq qaldıraraq təslim olduqlarını bildirirlər.
Əsgərlərimiz onların yanına gələndə isə onlar hərbçilərimzin üzərinə bir neçə əl bombası atırlar.
Həmin bu gənc oğlan, zabit dərhal əsgərləri itələyir və bombaların üstünə uzanır.
Nəticədə yalnız o şəhid olur, digər əsgərlər yüngül qəlpə yaraları alırlar və düşməni öldürürlər. Fəqan nişanlı idi.
Toy etmək üçün karantinin bitməsini gözləyirdi.
Hadisəni isə şəhidin həyatını xilas etdiyi, yaralı yoldaşları danışıb".