Bakı 25° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9864
  • RUB0,0224
  • NEFT$41.73
^
XƏBƏR LENTİ

Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

15-10-2020, 09:23 Baxış: 49
Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib
Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.
Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Altaba"ya verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd "Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 "Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.