Bakı 25° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9864
  • RUB0,0224
  • NEFT$41.73
^
XƏBƏR LENTİ

Düşmən Gəncəni atəşə tutub

Düşmən Gəncəni atəşə tutubErmənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
 
"Altaba"nın məlumatına görə, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.
Düşmənin raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
 
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub.
                                     03:20
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Atəş nəticəsində həmçinin daha 35 nəfər xəsarət alıb. Hazırda dağıntılar altında qalmış insanların xilas edilməsi əməliyyatı davam edir.
                                     01:40
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində bir neçə dinc sakin həlak olub.
Məlumatına görə, atəş nəticəsində mülki şəxslər həlak olub, habelə daha bir neçə nəfər yaralanıb. Raket atəşi bir sıra dağıntılara səbəb olub.
 
                                     01:09
Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə şəhərini raket atəşinə tutublar. Bir neçə dəqiqə əvvəl şəhərdə partlayış səsləri eşidilib. İlkin məlumata görə, raketlərdən biri yaşayış evinə düşüb.
Xəsarət alanlar, dağıntılar var.
 
Hadisə yerindən "Haberl Global” canlı yayıma çıxıb. Canlı yayımında çıxış edən jurnalist dağıntıların və xəsarət alanların olduğunu açıqlayıb.
Düşmən Gəncəni atəşə tutub