Bakı 17° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,1929
  • RUB0,225
  • NEFT$63,05
^
XƏBƏR LENTİ

Xocavənddə ermənilərin atıb qaçdıqları “İqla” zenit-raket kompleksi aşkarlanıb

Xocavənddə ermənilərin atıb qaçdıqları “İqla” zenit-raket kompleksi aşkarlanıbİşğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə Altaba.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonu ərazisindəki tərk edilən hərbi mövqelərdən 1 ədəd "İqla" zenit-raket kompleksi, 1 ədəd "Muxa” markalı tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilib. Silah-sursat aidiyyəti üzrə təhvil verilib.