Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

“Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır

“Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır
20-25 avqust tarixlərində "Füzuli” Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.
 
"Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.
 
Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.