Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Səfilyan: "Sərkisyan danışıqları yubadır və vəziyyəti daha da gərginləşdirir"

26-07-2016, 22:50 Baxış: 342
Səfilyan: "Sərkisyan danışıqları yubadır və vəziyyəti daha da gərginləşdirir" 
"Serj Sərkisyan danışıqları yubadır və ölkədki vəziyyəti daha da gərginləşdirir".
Tezis.az xəbər verir ki, bu bəyanatla Ermənistan müxalifətinin lideri, hazırda həbsdə olan Jirayr Səfilyan "Azadlıq” radiosunda çıxış edib.
J. Səfilyan "Sasna çrer” qruplaşmasının Post-Patrul Xidməti Alayının binasını zəbt etməsi ilə bağlı mövqeyini də açıqlayıb. O, öz vəkili Ara Zakaryan vasitəsi ilə Serj Sərkisyan hakimiyyətinə ünvanladığı müracitədə deyib ki, ilk gündən bu məsələnin qansız və danışıqlar yolu ilə həll olunmasına hazır olduğunu bəyan edib:
"Ümid edirəm ki, hakimiyyət vəziyyətin mürəkkəbliyini nəzərə alaraq tez bir zamanda danışıqlar masasına əyləşəcək. Mən indidən şərtlərin nədən ibarət olduğunu açıqlayıb, prosesə zərər vermək istəmirəm. Bizim məsələnin sülh yolu ilə həll olunması üçün aydın siyasi proqramımız var. Görünən odur ki, hakimiyyət danışıqları uzatmaqla vəziyyəti gərginləşdirir. Bu yeni qarşıdurmalara gətirib çıxaracaq. Nəticədə yenə də yaralanan və ölənlər olacaq. Bunun məsuliyyəti isə hakimiyyətin üzərinə düşəcək”.