Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

DONALD TRAMP ÇİNİN İQTİSADİ SİYASƏTİNİ TƏNQİD EDİB

5-12-2016, 07:42 Baxış: 251
DONALD TRAMP ÇİNİN İQTİSADİ SİYASƏTİNİ TƏNQİD EDİB

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin iqtisadi siyasətini və Cənubi Çin dənizindəki hərəkətlərini tənqid edib.

O, bu barədə özünün "Facebook"dakı səhifəsində yazıb.

"Məgər Çin onların valyutasını qiymətdən salmağın normal olduğunu (bizim şirkətlərimizə rəqabət aparmaq çətin olsun deyə ), onların ölkəsinə ixrac edilən mallarımıza yüksək vergi qoymağı və ya Cənubi Çin dənizinin mərkəzində böyük hərbi kompleksi tikməyi bizdən soruşub? Mən belə düşünmürəm" - deyə Tramp yazıb.

Qeyd edək ki, bu, ABŞ-ın yeni prezidentinin qarşı tərəfə cavabı kimi də qbul edilir. Daha əvvəl Çinin Xarıcı İşler Nazırlıyı Trampın Tayvan prezidenti ilə danışığına görə ABŞ-a etirazını ifadə edib.