Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Dubayda dünyanın ən böyük parkı tikilir

25-05-2016, 14:19 Baxış: 232

Dubayda dünyanın ən böyük parkı tikilir

 

Dubayda dünyanın ən böyük parkı tikilir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən böyük örtülü tematik əyləncə parkı açılacaq. 

Tezis.Az xəbər verir ki, "Macəra dolu dünya” adlı parkın açılış tarixi avqustun 15-nə planlaşdırılır.

Birləşmiş Ərəb Əmirliklərində ən böyük korporasiyalarından sayılan "Ilyas and Mustafa Galadari Group”un rəhbərliyi ilə yaradılan bu kompleks ölkədə ən böyük beynəlxalq tematik park olacaq. Layihənin ümumi dəyəri bir milyard dollardan çoxdur. Kompleksə attraksionlu üç zona – "Marvel” komikslərinin kainatı üslubunda tərtib olunmuş seksiya, Amerika "Cartoon Network” telekanalının personajları əsasında yaradılmış ərazi və dinozavrlar parkı daxildir.

Parkda restoran və mağazalara da ayrıca yer ayrılıb.

Tezis.az