Bakı 29° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9127
  • RUB0.0270
  • NEFT$63.78
^
XƏBƏR LENTİ

Səfir Əhmədzadə etimadnaməsini BMT yetkilisinə təqdim etdi

25-05-2016, 15:27 Baxış: 246

Səfir Əhmədzadə etimadnaməsini BMT yetkilisinə təqdim etdi

Səfir Məmməd Əhmədzadə etimad məktubunu BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoruna təqdim edib.

 

Bu barədə Tezis.az saytına Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat veriblər.

Məlumatda deyilir:Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Məmməd Əhmədzadə, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Roma şəhərində agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə bağlı etimad məktubunu qərargahı Roma şəhərində yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Ertarin Kazinə təqdim edib.

Etimad məktubu təqdim edildikdən sonra səfir M.Əhmədzadə ilə icraçı direktor E.Kazin arasında görüş keçirilib. ÜƏP-inicraçı direktoru Azərbaycanın son 15 il ərzində əldə etdiyi nailiyyətlərdən, xüsusən insan inkişafı indeksi üzrə əldə etdiyi mövqedən məmnunluğunu bildirib. Azərbaycanla ÜƏP münasibətlərindən danışaraq əvvəllər Azərbaycanın ÜƏP yardımlarındanyararlandığını qeyd edib, ölkənin iqtisadi və maliyyə imkanlarının artması ilə ÜƏP-in 2013-cü ildən Azərbaycandaöz yardım fəaliyyətinidayandırdığını və artıq ÜƏP-in Azərbaycana donor ölkəsi kimi baxdığını vurğulayıb.

M.Əhmədzadə müstəqilliyin ilk illərindənAzərbaycanla ÜƏP arasında qurulmuş əməkdaşlıqdan, Azərbaycan hökuməti ilə bu qurum arasında mövcud olmuş yüksək səviyyəligörüşlərdən danışıb, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkəmizdə 1 milyondanartıq qaçqın və məcburi köçkünlərin formalaşdığı anda ÜƏP-ın ölkəmizəhumanitar yardımlarının əhəmiyyətini qeyd edib. M.Əhmədzadə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər nəticəsində donor ölkəsinə çevrildiyi, son illər ölkəmiz tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən yardım və inkişafa dəstək siyasəti barədə məlumat verib, bu xüsusda ÜƏP ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüş zamanı Azərbaycan və ÜƏP arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tezis.az