Bakı 29° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9127
  • RUB0.0270
  • NEFT$63.78
^
XƏBƏR LENTİ

Ərəb Dövlətləri Liqasından Azərbaycana Qarabağ dəstəyi

26-05-2016, 11:54 Baxış: 197

Ərəb Dövlətləri Liqasından Azərbaycana Qarabağ dəstəyi

ƏDL-dən Azərbaycana Qarabağ dəstəyi

Respublikamızın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Nəbil Ərəbi ilə görüşüb.

 

Tezis.Az xəbər verir ki, görüş zamanı Azərbaycanın Misirdə yeni səfiri, həmçinin ƏDL-in yanında müşahidəçi təyin olunduğunu bildirən səfir Azərbaycan ilə ƏDL arasında əməkdaşlıq sahəsində əlaqələrin yaxşı səviyyədə olduğuna toxunub və 2014-cü ildə Ər-Riyad şəhərində imzalanan ƏDL, Orta Asiya və Azərbaycan İqtisadi Əməkdaşlıq Forumunun yaradılması təşəbbüsünə verdiyi dəstəyə görə Baş katibə təşəkkürünü bildirib

Baş katib N.Əl-Ərəbi T.Rzayevi yeni səfir təyin olunması münasibətilə təbrik edərək, ƏDL və Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Baş katib hələ 1996-97-cü illərdə Misirin BMT TŞ-nın qeyri-daimi üzvlüyü dövründə TŞ-na sədrlik etdiyi vaxtlarda Azərbaycanın sabiq Prezidenti ulu öndər H.Əliyevin Təhlükəsizlik Şurasına üzv ölkələlərin nümayəndələri ilə qapalı iclasını təşkil etdiyini və həmin görüşün Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini xatırladıb. Baş katib Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Səfir T.Rzayev Baş katib N.Əl-Ərəbin göstərdiyi dəstəyə və diqqətə görə təşəkkürünü bildirərək, AR Prezidenti cənab İ.Əliyevin salamlarını ona çatdırıb. Daha sonra səfir cari ilin sonunda Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi nəzərdə tutulan ƏDL, Orta Asiya və Azərbaycan İqtisadi Əməkdaşlıq Forumunun gündəliyinə Ermənistan-Azərbayan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəndə BMT TŞ-ın qətnamələri və İƏT-in məlum qərarları əsasında bəzi əlavələrin edilməsini xahiş edib.

Öz tərəfindən, N.Əl-Ərəbi salama görə dərin təşəkkürünü bildirərək, onun da salam və ehtiramını Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib və sözügedən təklifə ƏDL çərçivəsində baxılacağını və lazımi dəstəyi verəcəklərini qeyd edib.

Baş katib həmçinin bildirib ki, ƏDL, Orta Asiya və Azərbaycan İqtisadi Əməkdaşlıq Forumunun bu ilin sonunda Tacikistanda keçirilməsi nəzərdə tutulsa da, Tacikistan tərəfinin xahişi nəzərə alınaraq, gələn ilə keçirilib və tarixlər məlum olduqdan sonra Azərbaycan tərəfinə də bildiriləcək.

Görüşdə ƏDL-in Siyasi əlaqələr şöbəsinin müdiri Muhyiddin İbrahim və səfirliyin III katibi E.Rəhimov iştirak ediblər