Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

ABŞ-da aeroportda silahlı insident nəticəsində 5 nəfər ölüb, 45 nəfər yaralanıb

7-01-2017, 08:46 Baxış: 190
ABŞ-da aeroportda silahlı insident nəticəsində 5 nəfər ölüb, 45 nəfər yaralanıb

ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.

 

Bu barədə yerli polisin "Tvitter”də yerləşdirdiyi məlumatda bildirilir.

 

"Hadisə zamanı 5 nəfər ölüb, 8 nəfər güllə yarası alıb. İnsident baş verdikdən sonra isə daha 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb”, məlumatda deyilir. Qısa müddətdə hava limanında təlaş yaranıb. İnsanlar qaçaraq aeroportu tərk etməyə cəhd ediblər. Xəsarət alanların əksəriyyəti yaranan izdihamda yaralanıb. 

 

Bundan əvvəl 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilirdi. Hava limanında insanlara atəş açan 26 yaşlı Alyaska ştatının sakini  Esteban Santyaqo saxlanılıb.